27 avqust 2020 12:56
1108

"Volvo"da  "Marlboro" aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilir ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3400 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.