30 avqust 2020 09:51
4045

Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşacaq

Təxminən çoxmərtəbəli bir binanın ölçüsündə potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşacaq.

Bu barədə NASA-nın saytında bildirilib.

Məlumata əsasən, asteroidin Yerə yaxınlaşması sentyabrın 1-də saat 20:12-də gözlənilir.

Bildirilib, səma cisminin ölçüləri 22 ilə 49 metr arasındadır. Planetə təxminən 120 min kilometr məsafədə yaxınlaşacaq - bu, Yerdən Aya olan məsafədən təxminən 3,2 dəfə azdır.

Asteroidin uçuş sürəti saniyədə təxminən yeddi-səkkiz metr olacaq. //Trend