03 sentyabr 2020 12:06
1557

Vervyenin ürəkli fəvvarəsi - FOTO

İçərisində şəhər merinin ürəyi olan mücrü aşkarlandı

Belçikanın Vervye şəhərində fəvvarənin təmiri zamanı işçilər içərisində şəhərin ilk merinin ürəyi olan mücrünü tapıblar.

Bu barədə BBC xəbər yayıb.

Kiçik sink qutu fəvvarənin konstruksiyasının daşlarının birinin altında gizlədilibmiş.

Mücrünün üzərində olan qravyuraya əsasən, qutu fəvvarəyə 1883-cü ildə yerləşdirilib.

Məlumata görə, mer Pyer David 1839-cu ildə vəfat edib, lakin qədirbilən vətəndaşlar onun ürəyini  bu formada əbədiləşdirmək qərarına gəliblər.

Oxu.az