Xüsusilə ahıl yaşda olan insanlarda beyinin işi həm həkimlər, həm də ümumi insanlarda hər zaman maraq oyadıb. Heç kəs 60 ildən sonra həyatının digər hissəsini skleroz və ya demans ilə keçirtmək istəməz. Ancaq ABŞ-dan olan professorlar qocalıqda beynin fəaliyyətinin daha da gücləndiyi qənaətinə gəliblər. Amerika tibbi araşdırmaları yaşlı beyinlə bağlı bir çox ənənəvi inancları məhv edən nəticələr əldə ediblər.
George Washington Universiteti Tibb Kollecinin direktoru yaşlı bir insanın beyninin ümumiyyətlə, inanıldığından daha çox plastik olduğu fikrini müdafiə edir.Onun fikrincə, bu yaşda beynin sağ və sol yarımkürələrinin qarşılıqlı əlaqəsi ahəngdar olur və bu da yaradıcılıq imkanlarımızı genişləndirir. Buna görə də 60 yaşdan yuxarı insanlar arasında yaradıcılıq fəaliyyətinə yeni başlayan bir çox fərd tapa bilərsiniz.
Əlbətdə ki, beyin artıq gənclikdəki kimi sürətli olmasa da,lakin rahatlığa çatır.Bu səbəbdən yaş irəlilədikcə daha doğru qərarlar qəbul etmə ehtimalımız yüksəlir və zamanla mənfi hisslərin təsirinə daha az məruz qalırıq. İnsanın intellektual fəaliyyətinin zirvəsi təxminən 70 yaşında, beyin tam gücü ilə işləməyə başlayanda baş verir.
Zaman keçdikcə beyindəki miyelin miqdarı artır, bu da sinirlərin siqnallarının sürətli keçməsini asanlaşdıran bir maddədir. Bunun sayəsində intellektual qabiliyyətlər orta ilə müqayisədə 300% artır.
Və bu maddənin aktiv istehsalının zirvəsi 60-80 yaş aralığına düşür. 60 il sonra bir insanın eyni anda iki beyin yarımkürəsindən istifadə edə bilməsi də maraqlı bir faktdır.
Monreal Universitetinin professoru Monçi Uri inanır ki, yaşlı bir insanın beyni ən az enerji tələb edən yolu seçir, lazımsızları azaldır və problemin həlli üçün yalnız doğru variantları saxlayır. Beləki, müxtəlif yaş qruplarının iştirak etdiyi bir təcrübə keçirilir, testlərdən keçərkən gənclər çaşqınlıq içində olsalar da , 60 yaşdan yuxarı olanlar isə anında düzgün qərar verərək testin həlli yoluna müvəffəq olurlar.
Samirə İsmayılova, “İki sahil”