09 sentyabr 2020 18:47
2962

“Pedaqoji fikir tarixindən”

Cəmiyyətin inkişafında mühüm bir istiqamətin – təhsilin əsas daşıyıcılarından biri müəllimlərdir.  Cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsində, təhsil sistemi qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində müəllimin rolu böyükdür. 

Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, təhsilalanları informasiya cəmiyyətinin fəal üzvlərinə çevirən təhsil islahatları uğurla davam edir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyən ölkə Prezidenti cənab İlham Əliyev inkişafda təhsilin rolunu yüksək dəyərləndirərək bu vacib sahənin inkişafı üçün ardıcıl qərarlar qəbul etmişdir. Təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin monitorinqinin aparılması, təhsil sahəsində inkişafyönümlü tədbirlərin həyata keçirilməsi məqsədilə pedaqoji sahədə cap olunan dərsliklərin, pedaqoji kitabların keyfiyyəti ilə yanaşı mənəvi dəyəri də diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların pedaqoji ideya daşımaları, xalqımızın milli mənəvi dəyərlər zəminində mariflənməsinin bariz nümunəsidir.

“Pedaqoji fikir tarixindən” kitabını on min tirajla capı və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün orta və ali təhsil müəssələrindəki hər bir təhsil işcisinə və müəllimlərə hədiyyə olunması intibahın bəşəri ideyalarındandır.

“Pedaqoji fikir tarixindən” kitabı dünya pedaqogika tarixində iz qoymuş Uşinski, Çerniyayevski, Suxomolinski, Maksim Qorki, Cəlil Məmmədquluzadə, Məhəməd  Tağı Sidqi,  Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəlli bəy Sultanov, Məhəmməd Ağa Şaxtaxtılı, Məmməd Səid Ordubadi kimi  pedaqoqların maarifçilik ideyaları bəddi nümunələrdən cox incə, ali təfəkkürlə seçilmiş, bəsirət gözü ilə təhlil edilərək cəmləşdirilmişdir. Kitabın ABŞ-ın 16-cı prezidenti Avram Linkolnun  oğlunun müəlliminə yazdıgı məktubla başlaması təsadüfi deyildir. Müəllifin sadəcə bu gün deyil, gələcək bəşəri ideyaların da məhz, müəllim sayəsində gerçəkləşəçəyinə, təhsilin son dərəcə əhəmiyyətli bit vasitə olmasına verdiyi ciddi dəyərdir. Kitabda Reyhan Mirzəzadənin pedaqoji tədqiqatınında yer almsı böyük maraqla dəyərləndirilir.

Kitabda 217-ci səhifədə Hüseyn Cavidin  “Naxçıvanda nə gördüm sualına cavab”ı bu gün Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəllimlərin fəaliyyət qayəsinə çevrilməlidir. “….Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diskinmək ehtiyacı duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi. Mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli!....” və ya “….Naxçıvani Müəllimi yol göstərən, nəsihət verən, rəiyyəti istiqamətləndirməyi bacaran ulu şəxsiyyət kimi qələmə verir və onun əməyindən çox şeyin asılı olduğunu söyləyirdi”,  “Pedaqoji fikir tarixindən” səh. 80.

Azərbaycan xalqının çoxəsrlik tarixi  gənc nəslin tərbiyəsi ilə  bağlı zəngin pedaqoji fikirlər yaratmış marifpərvərlərlə nümunəvidi. Bu mənəvi əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək müəllimləi istiqamətləndirmək  ciddi problemlərdən biridir. Çünki yeni pedaqoji fikir keçmişin mütərəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərimizə təlim və tərbiyənin müdrik kəlamlar vasitəsi ilə təhsildə ənənəvi üsulla yeni kon­sep­siyanı, inkişaf tendensiyalarını müəyyənləşdirməyə,  Dünya və Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrin,  təlim-tərbiyə ilə bağlı fikirlərin tədqiq edilib öyrənilməsində mühüm rol oynayacaqdır.

Alimlər, müəllimlər və tələbələr bu kitabı təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər.

Pedaqoji irsinin öyrənilməsi tək tarixilik nöq­te­yi-nəzərindən deyil, həm də bu gün üçün də faydalıdır. Çünki  bu kitabdakı təlim-tər­bi­­yə­yə aid fikirlər müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi key­fiy­yət­lər ru­hun­da tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikadakı təhsil ocaqları daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılmışdır.  Müntəzəm diqqət və qayğı  sayəsində  müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil daha geniş vüsət alır, təhsil müəssisələrinin maddi-texniki, tədris bazası ciddi surətdə möhkəmləndirilir.

 Təhsilin inkişafına dövlətin göstərdiyi yüksək diqqət və qayğı gənc nəslin sağlam ruhlu, yüksək intellektli, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcək vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə əminlik yaradır. Hər bir təhsil işçisi təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalı, öz bilik və bacarığını sərf edərək gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışmalıdır.

 “ Pedaqoji fikr tarixindən” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı” na əlavə edilməsi gənc nəslin  maariflənməsinə verilən dəyərin bariz nümunəsidir.

Ruhəngiz Əliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi