İranın neft naziri Bijən Namdar Zəngənə Səudiyyə Ərəbistanı və Rusiyanın İrana ünvanladığı xam neftin hasilatını dondurmaq barədə təklifini gülünc adlandırıb.
AZƏRTAC xəbər verir ki, nazir hasilatın yanvardakı səviyyədə dondurulması təklifinin İranın önünə real olmayan tələblər qoyduğunu deyib. İrana neft hasilatını dondurması təklifi gülüncdür.
Xatırladaq ki, fevralın 17-də Tehranda OPEC-ə üzv ölkələr – İraq, Qətər və Venesuelanın neft nazirləri ilə keçirilən görüşü şərh edən İranın neft naziri Bijən Namdar Zəngənə ölkəsinin neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEC və qeyri-OPEC ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəklədiyini açıqlamışdı.