Zəncəfil güclü soyuqdəymə əleyhi xüsusiyyətlərə malik qədim bir ədviyyatdır. Dünyanın bir çox mədəniyyətlərində yaxşı bilinən və dərhal istifadəsinə üstünlük verilən zəncəfilin ən vacib faydaları arasında ürək bulanma və ağrıları aradan qaldırmaq, osteoartriti müalicə etmək, xərçəngin qarşısını almaq, artriti müalicə etmək, tənəffüs yollarını yaxşılaşdırmaq və şişkinliyi azaltmaq kimi təsirləridir .
Elmi adı “zingiber officinale” olan zəncəfil, ədviyyat olaraq istifadə olunan çiçəkli bir otdur. Cənub-Şərqi Asiyadan çıxan və daha sonra Asiyaya və digər tropik Asiya bölgələrinə yayılan bir bitki növüdür. Bir çox formada təzə, qurudulmuş , toz halında , yağ və meyvə suyu şəklində istehlak edilə bilər. Günümüzdə zəncəfil təhlükəsiz qidalar siyahısına daxildir və tez-tez öskürək əleyhinə siroplara dad vermək üçün istifadə olunur.
Zəncəfildən əldə edilən faydaların çoxu, tərkibindəki gingerol adlı aktiv bir maddənin mövcudluğundan qaynaqlanır. Zəncəfil də karbohidratlar, lif və zülal baxımından zəngindir. Mineral baxımından sodyum, dəmir, kalium, maqnezium, fosfor və sink ehtiva edir. İçindəki vitaminlər C vitamini, folat, B6 vitamini, riboflavin və niasin ehtiva edir.
Zəncəfilin demans, parkinson və alzheimer kimi neyrodejenerativ xəstəliklərin başlanğıcını oksidləşdirici stress və iltihabı azaldaraq təxirə saldığı bilinir. Bu zərərli faktorların yaşla əlaqəli zamanla idrak geriləməsində təsiri olduğu bilinir. Bu səbəbdən zəncəfil güclü təsirə malik tərkibi ilə beyinin zədələnmə riskini azaldır və yaddaşınızı gücləndirir.
Samirə İsmayılova,
“İki sahil”