Sevimli komandası üçün yaşıl meydana çıxdı
Görəsən 102 yaşlı bir qadının ən böyük arzusu nə ola bilər? Ekvadorda bu yaşda bir qadın futbol meydançasında top oynamaqla arzusunu reallaşdırıb. 90 ildir azarkeşlik etdiyi sevimli komandasının oyunçuları ilə ilk dəfə üz-üzə gələn bir əsrlik fanat medianın da diqqət mərkəzində olub.