05 mart 2016 01:03
692

Mebel cızıqlarını qoz ləpəsi yox edir - Necə?

Taxta mebellərin cızılması halları ilə tez-tez rastlaşırıq.

Xüsusilə evdə uşaq və ya pişik, it varsa bu vəziyyət qaçınılmaz olur. Lakin bunu özünüzə dərd edib, kefinizi heç pozmayın. Çünki indi sizə bu problemin sadə həll yolunu təqdim edəcəyik. Bunun üçün sizə sadəcə qoz lazım olacaq. Daha doğrusu qozun ləpəsi.

Bunun üçün siz taxta mebelin üzərindəki cızıq hissəyə qoz ləpəsini 10-15 saniyə sürtün. Cızıqların göz-görə necə yox olduğunu gördükdə nəticəyə özünüz də təəccüblənəcəksiniz.