Dünyanın ən böyük şəhərlərində əcnəbilər üçün şəhərlərdə yaşayış maliyyətini müəyyən edəcək 26-cı illik Mercer araşdırması başa çatmışdır.
Sıralamada Mercerin araşdırdığı 400-dən çox metropolis arasından seçilmiş 209 şəhərin siyahısı verilmişdir. Hər şəhər bir dilim ağ çörəkdən tutmuş, ev təmizlənməsi xidmətlərinin dəyəri daxil olmaqla 200-dən çox məhsulun müqayisəli dəyərini ölçməklə yanaşı, valyuta dalğalanmaları, maliyyə inflyasiyası və ev qiymətlərindəki dəyişkənlik kimi amillər nəzərə alınır. Reytinqin müəyyənləşdirilməsi, işəgötürənlərin xaricdə işləyən işçilər üçün əmək haqqı və sosial müavinətləri araşdırmasına kömək etmək məqsədi daşıyır.
Honq-Konq yenidən əcnəbilər üçün ən bahalı şəhərlər siyahısında birinci yeri tutub, lakin ikinci yer MDB sakinləri üçün sürpriz ola bilər. Beləki , Aşqabad keçən ilə nisbətən 5 pillə yüksələrək "gümüş" reytinq alıb. Türkmənistanın paytaxtı Tokionu (3-cü yer) və Zürixi (4-cü) və Sinqapuru (5-ci) geridə qoyub.
İkinci beşlikdə bahalı şəhərlər arasında Nyu-York (6), Şanxay (7), Bern (8), Cenevrə (9) və Pekin (10) yer tutublar.
Anketdə Tunis (209), Vindhuk (208), Daşkənd və Bişkek (hər ikisi 206-cı yerdə) bu il dünyanın ən ucuz şəhərləri adlandırılıb. Reytinqin nəticəsində məlum olub ki, xaricilər üçün həyat Tbilisidə (204) və Minskdə (194) ucuz və sərfəlidir.
Almatı şəhəri isə keçən ilə nisbətən 2 pillə “bahalaşaraq” 189-cu yeri tutur.
Samirə İsmayılova, “İki sahil”