Oktyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.
Bu barədə "İki sahil"-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 16 nəfər həlak olub, 55 nəfər isə bədən xəsarətləri alıb.