Azərbaycan Premyer Liqasının lideri olan “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.
“İki sahil” xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 həftədən sonra 11 xal qazanıb. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur.
Komanda indiyədək heç vaxt ilk 6 həftədə 11 və ya daha çox xal toplamamışdı. “Sumqayıt” bunadək startdakı 6 həftədə 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.