Ermənistan hökuməti oktyabrın 19-da Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 43 nəfərin adı yer alıb.
Siyahıda ehtiyatdan çağırılan hərbçilər də var.
Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 772 nəfərə çatıb.
Qeyd edək ki, düşmən tərəf kifayət qədər çox olan itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.
Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub