05 noyabr 2020 22:45
1118

Dünyanın ən böyük şəxsi kompüter istehsalçısının xalis mənfəəti 53% artıb

Bu ilin III rübündə dünyanın ən böyük şəxsi kompüter istehsalçısı Çinin "Lenovo" şirkətinin xalis mənfəəti illik müqayisədə 53% artaraq 310 milyon ABŞ dolları olub.

"İki sahil" bildirir ki, hesabat dövründə şirkətin gəlirləri isə 7% artaraq 14,5 milyard dollara çatıb.

Lenovo-nın maliyyə vəziyyətinin yaxşılaşması koronavirus (COVID-19) pandemiyasının təsiri ilə tətbiq olunan məhdudiyyətlər, məsafədən iş zərurəti ilə izah olunur.