11 noyabr 2020 18:41
2520

Məhkum olunmuş məşhurları tanıyırsınızmı?

Migel de Servantes

Servantes  məşhur ispan yazıçısı və dramaturqudur. Onun şahəsəri “Don Kixot” bəziləri tərəfindən ilk müasir roman kimi qəbul edilir.

Maliyyə problemlərinə görə, İspan Armadasında tədarükçülüklə məşğul olan Servantes daha sonra vergiyığan vəzifəsində işləyib. 1597-ci ildə son 3 illik hesabındakı ziddiyyətlərə görə həbs edilib.

 Volter

Volter  fransız maarifçilik dövrünün yazıçısı, esseisti və filosofu idi. O, intellekti, fəlsəfi mülahizələri, vətəndaş azadlıqlarını müdafiə etməsi ilə məşhur idi. Volter yaradıcılığıboyu demək olar ki, bütün janrlara müraciət etmiş, 20 000-dən çox məktubun və 2 mindən çox kitab və broşürün müəllifidir.

Volter əsərlərində hökumət və katolik kilsəsinə etdiyi hücumlara görə tez-tez bu qurumlarla problemlər yaşayırdı. Ədəbi fəaliyyəti Volterin bir neçə dəfə həbsə düşməsinə və sürgün olunmasına səbəb olmuşdu.

Navid Əfkari

Məşhur iran güləşçisi olan Navid Əfkari 2018-ci ildə hökumətə qarşı çıxışlarda iştirak etdiyinə görə, ittiham olunaraq həbs olunmuşdur.İran məhkəməsi idmançı haqqında edam qərarını qəbul edib.Navidlə bərabər onun qardaşlarıda həbs olunmuşdu,lakin onlar yalnız 74 şallaq cəzası almışdılar.

Mayk Tayson

Dünya boksunun ən məşhur və qalmaqallı simalarından olan Mayk Tayson qanun pozuntusuna görə, 3 dəfə məhkumluq həyatı yaşayıb. 20 yaşında ağır çəkidə dünya çempionu adını qazanan Tayson 1991-ci ilin iyulunda “Miss Afrika” adına layiq görülən gənc model 18 yaşlı Dezire Vaşinqtonu təcavüzdə ittiham olunmuşdu. 1992-ci ilin fevralında məhkəmə Taysonu bu əməli törətməkdə təqsirli bilir və 6 il müddətinə azadlıqdan məhrum edir. 3 illik həbsdən sonra azadlığa buraxılan qaradərili boksçu yenidən çempionluq titulunu özünə qaytarsa da, ildən-ilə onun çıxışları zəif təsir bağışlamağa başlayır. 1997-ci ildə Evander Holifildlə görüşdə rəqibinin qulağını dişləyən Tayson 1 il müddətinə boks lisenziyasından məhrum edilir və 3 milyon dollar təzminat ödəməyə məcbur olur. O, 1998-ci ildə adam döydüyünə görə 3,5 ay müddətinə həbs həyatı yaşayaraq azadlığa çıxır. Lakin 2006-cı ildə narkotik vasitələrdən istifadə edərək maşın idarə etdiyi üçün 1 aylıq cəza alır. Onun qanunla bağlı bitməyən problemləri karyerasını inkişaf etdirməyə imkan vermir.

Oskar Uayld

Oskar Uayld  irlandiyalı dramaturq, roman yazarı, şairi və qısa hekayələr müəllifidir. O, kəskin zəkasına görə, öz dövrünün ən uğurlu dramaturqlarından biri idi. Londonda yaşayıb yaradan Uayldın hər tamaşası bayrama çevrilirdi. O, bütün Britaniyanın sevimlisi idi. Məşhur yazar homoseksual idi. Londonlu bir gənc oğlanla münasibətlərinin aşkarlanmasından sonra, Uayld “əxlaqsızlıq” ittihamıyla 2 il həbsə məhkum olunmuşdu.Həbsə atılandan sonra isə arvadı və uşaqları onun familyasından imtina etmiş, bütün Britaniya ondan üz döndərmişdi. Azadlığa çıxdıqdan sonra isə o, Fransaya gedir. Xəstə olan Uayld Parisin ən ucuz mehmanxanalarından birində yoxsulluq içərisində yaşayır. Oxucuları tərəfindən unudulan yazıçı bu dərdə dözə bilmir və tezliklə vəfat edir.

 O.Henri

O.Henri  amerikalı yazıçı Vilyam Sidni Porterin təxəllüsüdür. O, əsasən qısa hekayələrinə görə tanınır. O.Henri vəzifəsindən sui-istifadə edərək fırıldaqçılıq etməkdə, pul mənimsəməkdə ittiham edilmişdi. Qayınatası onu həbsdən azad etmək üçün girov pul qoysa da, məhkəməyə bir gün qalmış O.Henri Nyu Orleana, daha sonra isə Hondurasa qaçır. Arvadının ölüm ayağında olduğunu eşidən Porter 1897-ci ildə ölkəsinə qayıdır və təslim olur. O, 5 il həbs cəzasına məhkum edilir.

Tomas Mor

Tomas Mor məşhur ingilis hüquqşünas, yazıçı və dövlət xadimi olub. Mor, “Utopiya adası”nın müəllifi və “utopiya” sözünün yaradıcısıdır. O, 1535-ci ildə Kral VIII Henrini Kilsənin Ali rəhbəri edəcək aktı qəbul etmədiyi üçün edam edilmişdir.

Uilyam Barrouz

Barrouz məşhur amerikalı roman yazarı, sosial tənqidçi, rəssam və şifahi söz ifaçısı idi. Onun əsərlərinin bir çoxu yarı avtobioqrafikdir. Ən tanınmış əsəri olan “Çılpaq Linç”ilə məşhurlaşan yazar,1951-ci ildə  sərxoş olan zaman həyat yoldaşını vuraraq öldürür. O, 13 il həbsdə qalır,lakin sonra  qardaşı vəkillərə rüşvət verərək onu azad edir.

Oskar Pistorius

Məşhur Paralimpiya Oyunlarının 6 qat qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısı Oskar Pistorius Cənubi Afrika Respublikasının ən populyar oyunçlarından idi. 11 aylıq körpə olarkən gələcək idmanının hər iki ayağı dizdən aşağı amputasiya edilir. Arzusuna yerinə yetirmək üçün, protezlə təmin olunduqdan sonra idmanla daha aktiv məşğul olmağa başlayır. Oskarı uğurlu idman karyerası gözləsə də, 2013-cü il fevralın 14-də baş verən hadisə onun reputasiyasına böyük zərbə vurur. “Sevgililər günü”ndə 27 yaşlı sevgilisinə sürpriz etmək istəyən və buna görə, yaşadıqları evə gizlicə daxil olan 30 yaşlı Reva Stenkamp Oskar Pistorius tərəfindən güllələnir. Sonradan istintaqa verdiyi açıqlamada Pistorius evə oğrunun daxil olduğunu zənn etdiyi üçün atəş açdığını deyir. Cənubi Afrika məhkəməsi paralimpiyaçını ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə günahkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir.

Samirə Tağıyeva, “İki sahil”