22 noyabr 2020 18:28
971

Trampın oğlu silah təmizləyəcək 

ABŞ Prezidenti Donald Trampın oğlu sosial şəbəkə paylaşımı ilə koronavirusa yoluxduğunu təsdiqləyib.

"İki sahil" xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.

Kiçik Donald Tramp paylaşımında heç bir simptom daşımadığını, lakin ehtiyat tədbiri olaraq karantində olduğunu qeyd edib. O, karantindəki vaxtını səmərəli keçirmək üçün izləyicilərindən kitab və film tövsiyəsi istəyib.

“Bir neçə gün təkbaşına vaxt keçirə bilərəm. Karantin sıxıcı hala çevrilmədən əvvəl təmizləyə biləcəyim çox sayda silah var”, - deyə Donald Tramp bildirib.