“SOCAR Türkiyə” Laçının qayıdışı ilə bağlı video çarx yayımlayıb.
"İki sahil" xəbər verir ki, “Socar Tükiyə”nin rəsmi sosial media hesabında paylaşdığı təbrik videosunda piano ifası ilə yanaşı Azərbaycanın işğaldan azad edilən ərazisindən görüntülər təqdim olunub.
“Böyük həsrət bitdi! Qarabağda işğal altında olan Laçın da mənsub olduğu Azərbaycana qovuşdu. Qələbəniz mübarək!”, - deyə təbrik mətnində qeyd edilib.
Video çarxda pianoda ifa edən xanım Azərbaycanın dirijoru, bəstəkarı və pianoçu Turan Manafzadədir. O, pedaqoq, drijor və bəstəkar İslam Manafovun qızıdır və 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını alıb.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir