03 dekabr 2020 21:17
807

Düşüncələr beyində, ehtiraslar ürəkdə hasil olur - Platon

Ürək orqanizmin qan-damar sisteminin bir hissəsidir. Bu orqan orta ürək adlı hissədən, mədəciklərdən, klapanlardan və müxtəlif arteriyalardan və venadan ibarətdir. Sağlamlığı qorumaq və orqanizmin düzgün işini tənzimləmək üçün qan oksigen və digər qidalandırıcı maddələri bütün orqanlara paylayır. Ürək bir əzələdir və onun əsas vəzifəsi qan daşıma sistemlərinə qan ötürməkdir. Həyatda qalmağımız üçün ürəyin nə qədər vacib funksiyaya malik olduğunu bildiyimizə görə, onun sağlamlığına xüsusi diqqət yetirməliyik. Ürəklə bağlı bütün bunlar və digər məlumatlarla tanış olsanız da, aşağıda bəzi maraqlı faktlar da öyrənə bilərsiniz:

Yetkin bir insanın ürəyi bir dəqiqədə təxminən 72 dəfə vurur, bir gündə 100 min, bir ildə 36,5 milyon, ömrü boyu isə 2,5 milyard döyüntü baş verir.

Mətbəx kranı 45 il ərzində tam vəziyyətdə açıq qalarsa, orta insan ömrü boyunca bir ürəyin vurduğu qanın həcmində su axmış olar.

Hər gün ürəyimiz bir maşının 32 km yol getməsi üçün sərf olunan enerji qədər enerji istehsal edir. Bir orta ömür ərzində istehsal olunan enerji bir maşının Aya gedib qayıtmasına lazım olan enerjinin ekvivalentidir.

Ürək özü elektrik impulsları hasil etdiyində, bədəndən ayrıldığı halda belə kifayət qədər oksigen alarsa işini davam etdirə bilər.

Ürək mayalanmadan dörd həftə sonra döyünməyə başlayır və insan ölənə qədər döyünür.

Dölün ürək döyüntülərinin tezliyi yetkin insandan iki dəfə artıq olur.

Yeni doğulmuş körpənin bədənində təxminən bir fincan qədər qan dövr edir.

Qan təchizatı yalnız gözlərin buynuz qişasında yoxdur.

Ürək orqanizmdə mövcud olan 75 trilyon hüceyrənin demək olar ki, hamısını qanla təchiz edir.

Balinalar bütün məməlilər içərisində ən böyük ürəyə sahibdir. Balinanın ürəyi dünyanın ən böyük ürəyidir.

Bir orta insan ömrü ərzində ürək təxminən 5,7 milyon litr qan vurur.
Orqanizmdə qanın paylanması belədir: 5 % qan ürəkdə, 15-20 % beyində, 22 % böyrəklərdə toplanır.

İlk açıq ürək əməliyyatı 1893-cü ildə baş verib. Bu əməliyyatı ABŞ-ın qaradərili cərrahlarından biri olan Deniel Heyl Uilyams həyata keçirib.

İlk kardiostimulyator implantasiyası isə 1958-ci ildə baş verib. Ürəyinə kardiostimulyator yerləşdirilən Arne Larsson adlı xəstə öz həkimindən daha uzun yaşamışdı və 86 yaşında ürəklə bağlı olmayan bir səbəbdən dünyasını dəyişmişdi.

Bədənin sakit bir vəziyyətdə olduğu halda qanın ürəkdən ağciyərlərə və geri qayıtması üçün cəmi 6 saniyə, beyinə və geri qayıtmasına 8 saniyə, barmaqlara çatıb geri qayıtması üçün isə 16 saniyə kifayətdir.

Dünyanın ən kiçik həşəratı olan memaridlər bütün canlılar içərisində ən kiçik ürəyə sahibdirlər.

Platon hesab edirdi ki, düşüncələr beyində, ehtiraslar isə ürəkdə hasil olur.

Amerikada mövcud olan piqmi balığı ən kiçik məməlidir, lakin onun ürəyi dəqiqədə 1200 vuruşla ən sürətli hesab edilir.

Fransız həkim Rene Laennek (1781-1826) çox böyük sinələri olan qadın xəstələrin ürəyini yoxlamaq üçün qulaq ilə eşitməyin mümkünsüz olduğunu hiss etdikdə stetoskopu icad etdi.

Qadınların ürəyi adətən, kişilərdən daha tez-tez döyünür, bir dəqiqədə kişilərdə təqribən 70, qadınlarda isə 78 döyüntü qeydə alınır.

Digər bir maraqlı fakt isə niyəsə ürək tutmalarının çoxunun bazar ertəsi günləri baş verməsidir.

Gülmək ürəyə çox xeyirlidir. Stresi azaldır və immuniteti gücləndirir.

Ürək hüceyrələri demək olar ki, bölünmürlər, ona görə də ürək xərçənginə çox nadir hallarda rast gəlinir.

                                             Nubar Süleymanova, “İki sahil”