03 dekabr 2020 18:25
729

Modelin məhkəməyə verdiyi qayınanası tapılmır

Ötən gün türkiyəli model Sinem Sülün İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.

"İki sahil" axşam.az-a istinadən bildirir ki, Sülün keçmiş həyat yoldaşı Mustafa Yükselin ailəsini məhkəməyə verməsindən danışıb.

"Haqqımı tələb edirəm. Hazırda keçmiş həyat yoldaşımın atası cəzasını çəkir. Lakin qayınanamı hələ də tapa bilməyiblər. Onun da cəzalandırılmasını istəyirəm" deyə, o, bildirib.

Xatırladaq ki, Sülin qayınatası və qayınanasını onun yataq otağına səsdinləmə cihazı yerləşdirdiklərinə görə məhkəməyə verib.