06 dekabr 2020 17:16
932

Deniel bu səbəbdən sosial şəbəkələrdən qorxur

"Harri Potter" filmləri ilə məşhurlaşan ingilis aktyor Deniel Redklif sosial şəbəkələrdən istifadə etməməsinin səbəbini açıqlayıb.

"İki sahil" axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor "YouTube"-da yayımlanan "First We Feast 31" şousunda danışıb.

31 yaşlı Deniel sosial şəbəkələrdən qorxduğunu, orada haqqında yazılacaq neqativ şərhlərin onun psixikasına zərər verəcəyini bildirib. Aktyor əvvəllər tvitterdə hesab açmaq istədiyini, sonradan isə fikrindən döndüyünü deyib: "Gənc yaşlarımda internetdə haqqımda yazılan şərhləri oxuyurdum. Müxtəlif axmaq fikirlərə rast gəlirdim. Bu çox zərərli və lazımsız məşğuliyyətdir. Mənim üçün sosial şəbəkələrin əhəmiyyəti yoxdur".