06 dekabr 2020 17:52
1300

Beren Saatın gözəllik sirri

Türkiyəli aktrisa Beren Saat gözəlliyinin sirrindən danışıb.

"İki sahil" axşam.az-a istinadən bildirir ki, aktrisa cavan və təravətli görünmək üçün gündəlik baxımlarını açıqlayıb.

O, gündə iki dəfə üzünü yuyaraq nəmli halda saxladığını, süd tərkibli kremdən istifadə etdiyini bildirib.

B.Saat gündəlik 8 saat yatdığını və 8 stəkan ilıq su içdiyini də qeyd edib.