"Adını Feriha koydum" serialındakı obrazı ilə tanınan Feyza Civelek 20 kiloqram çəki atıb.
"İki sahil" türk mediasına istinadən xəbər verir ki, sənətçi 78 kiloqramdan 58 kiloqrama düşüb.
"Adını Feriha koydum"dan sonra ancaq kök qız obrazlarına çəkilən aktrisa bunun üçün cəmi 2,5 ay vaxt sərf edib.
Civelek "Tərəvəz və proteynli qidalar yeyirəm. Şəkər və unlu qidaları bitirdim. Gün ərzində 1,5 saat gəzirəm. 42 bədən ölçüsündən 34-ə enmək möhtəşəm hissdir" sözlərini söyləyib.