07 dekabr 2020 11:59
1496

“Taxt Oyunları”nın rekordunu yenilədi

Yeni ekranlara gələn “The Undoing” serialı istehsalçıları üçün gözlənilməz nəticə verib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya istehsallı ekran işinin ilk bölümünü 28 gündə 3 milyondan çox tamaşaçı izləyib.

Bununla da serial məşhur “Taxt Oyunları”nın 2011-ci ildə qazandığı rekordunu yerlə-yeksan edib. Həmin vaxt “Taxt Oyunları”nı cəmi 750 min kinosevər  izləmişdi.

“The Undoing”in baş rollarında Nikol Kidman və Hyu Qrant kimi məşhur aktyorlar çəkilirlər.