08 dekabr 2020 15:58
967

Siz səngərləri sərhədlərə köçürdünüz, Azərbaycan əsəgəri!

Vətən müharibəsi: düşüncələr       

Həsrətlilərə elə gəlir ki, zaman ləng ötüşür...

Bu həsrət torpaqla bağlıdırsa daha ləng ötüşür...

Errmənistanın Azərbaycana qarşı elan etmədən başladığı müharibənin ilk güllələri Ağ­dam­­da 1988-ci ilin fevral ayının 22-də açıldı. Müharibə başladı, 28 il əvvəl torpaqlarımıza sən­gərlər düşdü. Er­mə­nilərin həmlələrinin, hücumlarının qarşısını yerli özünümüdafiə batalyonları ilə ca­maat bu sən­gər­lər­­dən alırdı. Sığındığı arabanın kölgəsinin genişliyi işğalçını fəallaşdır­mış­dı. Bu fəal­laş­ma hünər deyil­di, özgələrə – araba yiyələrinə ümidlənməyiydi. Torpaqları­mı­zın 20 fai­zi­nin iş­ğal edilməsi də düşmənin özünün hünəri deyildi...

Beynəlxalq təşkilatlar ümid verirdi ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ müna­qi­şəsi danışıqlar yolu ilə həll ediləcək. İşğalçı dövlətin status-kvonu saxlamaq niyyətinin, bey­nəl­­xalq təşkilatların kəsərsizliyinin nəticəsi idi ki, müna­qi­şə 28 il uzanmışdı, münaqişənin “dü­yün düşdüyünü” deyənlər də vardı...

Vaxtaşırı ön xətdə ezamiyyətdə olurdum, səngərlərdə əsgərlərlə söhbətləşir­dim. Söhbət­lə­rin birində demişdim ki. sərhəd Vətənin hüdudlandığı torpaqdır. O torpağın bu ya­nı müqəd­dəs­li­­yin başlanğıcıdır. Bu müqəddəsliyi İstiqlal savaşında Şükrü Paşa olduqca dü­şün­dürücü, ol­duq­ca duyğusallıqla ifadə etmişdi: “Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm, məni dəfn et­mə­­yin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm, sabunum, kəfənim çan­tam­­da­dı...”. Bu yaşarı kəlamları mən də sərhəd kəlməsinin dərki üçün mənəviyyat düsturu bil­mişəm...

“Vətən üçün yaşayırıq illəri, Budaqlardan qopardarıq yelləri, Axarından çıxardarıq sel­lə­ri!” amalı ilə xidmət edən, “Səngərdən Qələbəyə ge­dən yol da Və­tən­dir!” deyən əsgərlərimiz sentyabrın 27-nə kimi o yollardan da söz açırdı, hər kəlmə döyüş əz­minin, qələbə ruhunun ifa­dəsi kimi səs­lənirdi.  Əsəgərlərə xitabən “Ya­xın vaxtlarda bu yol­lar sizin qədəmlərinizə səri­lə­cək. Hər səngər o yol­­lar­dan birinin baş­lanğıcı ola­­caq”, – deyirdim. Zabit Ruslan Novruzov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi postda demişdi ki, döyüş əmri veriləndə əs­gər­lə­rimiz Mübarizin şəhid olduğu postacan birnəfəsə getməyə israrlıdır. Oktyabrın 4-də Milli Qəhrəmanın şəhid olduğu postda Azərbaycan bayrağı dalğalandı...

Səngərli düşün­cə­lə­rim əsgərlərimizin döyüş əzmindən, döyüş əzminə görə qələbə ru­hun­dan rişələnərdi. Əlləri bizə sarı uzalı qalmış torpaqlarımızı görüb dərk et­di­yim, dərk edib dü­şündüyüm, düşünüb yaşadığım ovqatı əsgərlərin əhatəsində könlümə Qə­lə­bə bayrağı bilir­dim. O tərəfə bay­raq­la­şan səngər düşüncələrindən baxı­rdıq. Görürdük ki, səngərdən qarşı tərəfə uza­nan cığırları ot basıb. Bir qarşı tərəfə baxırdıq, bir əsgərlərə. Əsgərlərə “Yaxın vaxt­larda bu cığırları da, qar­şıdakı səngərləri də çığ­na­yıb keçəcəksiniz”, – deyirdik. Əsgərlərin döyüşə sevgisini də, döyüş əzmini də, qələbə ruhunu da torpaqlarımızın işğaldan azad ediləcəyinə zə­ma­nət bilirdik. “Hər səngər bir döyüş yolunun baş­lanğıcı olacaq”, – əsgərlər belə deyirdi. Bö­yük ümid var­dı bu kəlmələrdə, inam vardı, qə­tiy­yət vardı; sentyabrın 27-nə kimi bu əminlik düşüncələrimizin nizamına dönürdü. O anlarda bir atalar sözünü xa­tır­­la­yır­dıq: “Deyən qadir deyil, dedizdirən qadirdir”. Bizə elə gəlirdi ki, Dədə Qor­qu­dun ruhunun pıçıltısını eşidəcəyik: "Surunuz yerisin, da­vanı birdəfəlik so­vuş­du­ra­caq­sı­nız!". Bu gözəl gümanı dü­şün­cələrimizin ağ işığı bilirdik və de­yirdik ki, mü­qəd­­dəs­li­yin mü­ha­fizəkarı kimi min illərin yaddaşında qalan bu xeyir-dua mü­qəd­dəsliyin zikridir, bu zikr bir vaxtlar yuxudan Xanın sə­sinə oya­nan təbiətin qələbədən sonra Xa­nın ruhunun səsinə dikə­lə­cəyinə inancın zikridir. Üç gün­dən sonra əks-hücum əməliyyatı baş­la­dı. Bildik ki, döyüş üzünə çıxanlarımız səngərlərdən döyüşə-döyüşə qələbə yolunun sonuna – Laçına, Kəlbəcərə, Şuşaya, Ağdama, Fü­zu­liyə, Cəbra­yıla, Qu­bad­lıya, Zəngilana çatacaq. Şu­şa­nın dağ­­larını du­man­sız görəcəyik, Cıdır düzündə çatılacaq Qələbə ton­qal­larının şöləsi göy üzünü qarsılayacaq...

Ötən illərdə Tovuzda, Adsız yüksəklikdə əsgər Səlim Həsənovdan eşitdik­lə­rim ürə­yi­mi dağa döndər­mişdi: "Bizdən əvvəl xidmət edənlər "Ürəyimi bu dağlarda qo­yub gedəəcəm.  Əsgər ol­duğumu mül­ki hə­yat­da da unutmayacam. Elə biləcəm ki, Ali Baş Komandan döyüş əm­ri verənəcən məzuniyyətə buraxılmışam...". Mən də, əsgər yol­daş­larım da qalib əsgər kimi tərxis olunmaq, qələbənin se­vincini əs­gər kimi yaşamaq istəyirik". Əsgərin dediklərini Vətənə sə­da­qət andı bil­mişdim. Onu da bilmişdim ki, bu andın mahiyyəti torpaqlarımızın işğaldan azad edil­məsi üçündür, səngər­siz tor­paqlar üçündür, səngərlərin sərhədlərə köçürülməsi üçündür. Onu da bildik ki, əs­gər Səlim Həsənovun istəyi Azərbaycan Ordusunun şəxsi heyətinin istəyidir. Or­du­nun istəyini həmişə Vətənin istəyi bilmişik... 

Səngərin başlanğııcı əsgər ürəyidiR; müharibədə Vətən əsgər ürəyindən qorunur, ancaq səngər sər­həd deyil. Müharibənin ilk güllələri atılandan üzü bu yana Azərbaycan əsgəri bilir ki, mü­ha­­ri­­bə­­­yə görə torpağa dü­şən sən­gərlər sərhəd de­yil, səngərlərin ömrü qələbə gününə­cən­dir. O mü­qəd­dəs gün döyüş ruhunun qınından sıyrılacağı gün olacaq. Əsgər kəlməsi təkcə hərbi mü­kəl­lləfiyyəti ifadə etmir. Bu kəlmə həm də xarakter göstəricisidiR. Səngərlərdə döyüş növ­bət­çi­li­yi aparanlar da, onların kürəyini nəfəsiylə isidənlər də bilir ki, əsgər kimi mətinsənsə, dəya­nət­lisənsə, dövlətə, döv­­lət­çiliyə sədaqətli­sən­­sə, müharibə şəraitində daha qətiyyətli vətən­daş ol­maq­la Vətənə xidmət edir­sənsə, Vətənin əsgə­ri­sən; Vətən müharibəsində hamı əsgər idi...

Soyuqda-sazaqda səngərmi əsgəri isidirdi, səngərləri sərhədlərə köçürmək amalıyla xid­mət edən əsgərin nəfəsimi səngəri? Bu sual həmişə düşüncələrimdə şahlıq edib. Sentyabrın 27-nə kimi. Sentyabrın 27-dən sonra əmin oldum ki, səngərləri əsgərlərin ürəyi isindirir, eyzən döyüşlərdə mövqeləri isitdiyi kimi...

Görürdük, inanırdıq, əmin idik ki, əsgərlər səngərləri sərhədlərə köçürmək amalıyla xid­mət edir. Sentyabrın 27-nə kimi...

İşğal olunmuş torpaqla­rı­mı­­zın harayı var­lığını titrədənə də, tor­paq­ların yaralarının sızıltı­sı­nı, gi­zil­tisini ruhunda hiss edənə də, əs­gə­rin Vətən sev­gisini yaşa­nı­lan, ya­şanılacaq aylara-illərə göyqurşağı bilənə də, yaşam fəlsə­fəsi Və­tən olana da, zəfər yolunun əsgərin döyüş növ­bətçiliyindən baş­­la­dı­ğına əmin ola­na da, səngərlərin o üzünə döyüş növbətçiliyi apa­ranların ürə­­yinin gözüylə ba­xanlara da əsgər deyirdi Vətən. Vətənin hər kəlməsi əmr kimi dinlənilirdi.

Gədəbəydə dəniz səviyyəsindən 3865 metr yüksəklikdə də, Tovuzda, Daşkəsəndə düş­mən­lə üz-üzə mövqelərdə dayanan əs­gər­lərimizin sırasında da söz sözə söykək olurdu, onda əsgərlərimiz "Tor­paq­larımız işğaldan azad edi­lə­cək! de­yir­dilər. Bizdən sonra əs­gər­lər dövlət sərhədlə­ri­miz­də xidmət edəcəklər". Bu qətiyyəti Böyük Qə­ləbənin uvertürası bilirdik. Onda əs­gərlə­ri­mi­zə Birinci Qa­ra­bağ mü­haribəsində, Ağdərə ətrafında gedən döyüşlərdə olmuş bir hadi­sə­ni xatır­lat­­mış­dım:

Əks-hücum səngimişdi. Kapitan Yusif Mirzəyev sövq-təbii sağ tə­rəfdə vuruşan əsgərə bax­mışdı. Əsgər atışmırdı. Tələsik onu səs­lə­mişdi. Cavab gəl­mə­mişdi. Yusifin qəlbinə daman dammışdı: şəhid olub...

Rəhimin sol əli sinəsinə uzalı qalmışdı. Barmaqları Azərbay­ca­nı­mızın üç­rəng­li bayrağına örtük olmuşdu. Yusifin gözləri dolmuş­du. Dodaqlarını dişlə­riy­lə sıxmışdı. Rəhimin üstünə dö­şən­mişdi. İçin-için ağlamışdı. Başını qaldı­randa başqa əsgərləri də ətrafında gör­­müşdü. Ha­mı­sı­nın yanağını göz yaşları yan­dırırdı. Hamısının əlində Azərbaycanımızın bayrağı dalğa­la­nırdı; hamısı döyüşə bay­ra­ğımızla qoşulubmuş, hamısı bayrağımız eşqinə vuruşurmuş, ha­mı­sı bay­ra­ğımızı şəhidlik kəfəni bilirmiş. Vətən müharibəsində də belə oldu. Bu və ya digər mövqe azad ediləndə hər əsgər bir bayraq çıxartdı...

Bu hasdisəni Vətən müharibəsinin döyüşləriylə qoşa xatırladım və var səsimlə göy üzünə qış­qırdım: "Dövlət bayrağının işığında vuruşanlar məğ­lub olmur, ya qələbə qazanır, ya şəhid olur. Azərbaycan əsgəri ki­mi..."...

On­da Mə­həm­məd Hadinin bir kəlamından təsəlli tapırdıq: "Məf­ku­rə yolunda tökülən qan hədər getmir". 44 gün çəkən Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçumuz şəhid oldu. Neçə yüz min ömürləri sıxılcımlardan, torpaqlarımızı işğaldan azad etmək üçün 2783 nəfərimiz sinəsini sipər elədi Vətən torpağına. Vətən müharibəsinə qədər də qazilərə, şəhidlərimizin ru­hu­na deyirdim ki, ön xətdə – səngərlərdə baxışlarım əsgərlərin baxışları ilə qoşalaşıb səngər­lə­rin o üzünə yö­nə­lirdi. Hamımız əs­gər­lə­rin ürəyindən keçənləri Dədə sözü – Vətənin sözü bilirdik, sevgilərlə deyirdik ki, sən­gər­ləri yaxın vaxtlarda dövlət sərhədlərimizə kö­çü­rəcək­si­niz. Dağıdılmış evlərimiz daş-daş dikələ­cək, sön­dü­rül­müş ocaqlarımız alışacaq. İndi böyük sevgilərlə, bir boy da dikəlib qazilərimizə, ya­ra­lılarımıza, şəhidlərimizin ruhuna deyirəm ki, siz səngərləri sərhədlərə köçürdünüz! Azərbaycan Respublikasının Pre­zi­denti İlham Əliyev sizin qətiyyətinizə, vətənsevərliyinizə, döyüş hazırlığınıza görə qürur­la dedi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bi­­zim­dir, Zən­gi­lan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizim­dir, Kəlbəcər bizimdir, Şu­şa bi­zim­dir, Qarabağ bizimdir, Qarabağ Azər­bay­can­dır! Eşq olsun Azərbaycan xal­qına! Ya­şasın Azərbaycan!”...

Vüqarında dağların vüqa­rının eynini gördüyüm əsgərlərin əhatəsində əmin olur­dum ki, ya­xın vaxtlarda ot basmış cığırlar-yollar Azərbaycan əsgərinin ayağına döşənəcək. Əks-hücum əməliyyatı kimi başlayan Vətən müharibəsində gümanlarımız nə gözəl gerçəkləşdi! Sentyabrın 27-nə kimi hamımız əmin idik ki, 

 

Rəngi avazıyır Cıdır düzünün,

Şuşa yol gözləyir qulağı səsdə.

Səngər müvəqqəti dayanacaqdı

Böyük Qələbənin yolları üstə!..

 

Bu misralar Vətənin misralarıydı. Siz Vətənin misralarını gerçəkləşdirdiniz, Azərbaycan əs­gə­ri!

Siz səngərləri sərhədlərə köçürdünüz!..

Rəşid Faxralı