14 dekabr 2020 13:46
1676

Aviauçuşlar barədə bunları bilirsinizmi?

Başımızın üzərindən təyyarə uçduğu zaman adətən qeyri-iradi ayaq saxlayıb, baxırıq və bizdə çoxsaylı suallar yaranır: Belə ağır dəmir parçası havada necə uçur? Təyyarə eniş edərkən nə üçün təyyarədə işıqlar söndürülür və pərdələri bağlamaq tapşırılır? İldırım çaxarsa nə ola bilər?

Təyyarələri ildırım vurmur

Nəzəri cəhətdən belə bu, mümkün deyil. Fərqli gərginlikli qığılcım boşalmaları daim atmosferdən keçir, buna görə də təyyarə dizaynerləri təyyarənin təhlükəsiz materiallardan hazırlanmasına xüsusi diqqət yetirirlər.

Təyyarə bortunda “təhlükəsiz” yer yoxdur

Bir sıra tədqiqatlar göstərir ki, təyyarədə qida lövhəsinin arxa tərəfində oturan sərnişinlərin sağ qalma ehtimalı daha yüksək olur. Lakin ABŞ Mülki Aviasiya Mərkəzi təhlükəsiz yerlərin təyyarənin quyruğunda və başında eyni dərəcədə ola biləcəyini və ya ümumiyyətlə olmadığını iddia edir.

Stüardessaların gizli otağı var

Bu otaq istirahət üçündür. Xüsusilə çoxsaylı uçuşlarda iştirak edən stüardessalar üçün nəzərdə tutulub. Orada 6-10 nəfər istirahət edə bilər. Uçuşu həyata keçirənlər də insanlardır və sərnişinlərin rahatlığı onlardan asılıdır.

Bir mühərrik sıradan çıxsa, ikinci mühərrik işə düşür

Təyyarələr uçuş zamanı bir mühərrikdə problem yaranarsa, ikinciyə qoşulur. Bütün marşrutlar elə hesablanıb ki, yaxınlıqda təcili eniş üçün yerlər olur və pilotlar qəza enişləri edə bilirlər.

Havaya qalxdıqda və enərkən kabinədəki işığı söndürün

Bu, vacib təhlükəsizlik qaydasıdır. Günün qaranlıq vaxtı eniş edərkən bortda işıqların söndürülməsi ilə bağlı elan verilir və kiçik pəncərələrin pərdələri də örtülür. Bu yolla sərnişinlərin gözü qaranlığa alışdırılır. Bu, onların fövqəladə evakuasiya halı baş verərsə, bir-birinə dolaşmadan bortu tərk etməsi üçündür.

Bortda siqaret çəkmək olmaz

Buna baxmayaraq, qaydanı pozub siqaret çəkənlər üçün külqabılar quraşdırılıb. Siqaret qalıqlarını unitaza atmamaq məsləhət görülür, çünki bu zaman tüstü detektoru işə düşəcək. Bu qaydanı pozanları böyük məbləğdə cərimə və ya həmin aviaşirkətin xidmətlərindən istifadəyə qadağa gözləyir.

Uçuş zamanı verilən yeməklər niyə duzsuz və dadsız olur?

Məsələ atmosfer təzyiqindədir. İnsanların dad reseptorları qısa zaman içərisində təzyiq fərqinə uyğunlaşa bilmir və buna görə də dadbilmə zəif olur.

Xüsusi örtüklər

Aviasiya şinləri xüsusi möhkəmliyi ilə seçilir və 38 tonadək yükü daşımaq gücünə malikdir. Çox ağır bir maşının yüksək sürətlə enməsi zamanı təkərlərin necə yüksək təzyiqə məruz qaldığını düşünmək çətin deyil. Hər reysdən əvvəl mütləq təkərlər yoxlanılır və problem varsa dəyişdirilir.

Nə üçün təyyarələr özündən sonra ağ izlər buraxır?

Mühərriklər yüksək dərəcədə qızır. Onlardan sulu buxar çıxır, ona görə də göydə təyyarənin ardından kondensat izləri görürük. Analoji effekti şaxtada nəfəsimizdən çıxan buxar da yaradır.

Nubar Süleymanova, “İki sahil”