Dekabrın 14-də mühüm bir astronomik hadisə - bu ilin son tam Günəş tutulması baş verdi. Bu zaman onun ətrafında “tac” deyilən odlu üzük meydana gəldi.
"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, yalnız Çili, Argentina və ya Antarktidada olanlar misilsiz hadisəni müşahidə edə bildilər. Bütün astronomiya həvəskarları üçün isə internetdə onlayn yayım təşkil edildi.