16 dekabr 2020 14:56
1180

Sahiblərini zənginləşdirən gözlənilməz tapıntılar - FOTO

Faberge yumurtası

Bir amerikalı bazarların birindən 14 min dollara metal bir yumurta əldə edir. Satın aldığı yumurtanın üstündə qəribə yazılar aşkar edən həmin şəxs onu öyrənmək istəyinə düşür. Qeyri-adi yumurtanı əntiq əşyalar dükanına aparan şəxs, nəhayət, əldə etdiyi yumurtanın tarixçəsini öyrənir. Məlum olur ki,  1877-ci ildə bu Pasxa yumurtasını Rusiya imperatoru III Aleksandr   Karl Fabergedən  sifariş etmişdi və həyat yoldaşı Mariya Fyodorovnaya Pasxa bayramında hədiyyə etmişdi. Uzun illər sonra yumurtanın Amerikaya necə aparıldığı bəlli deyil. Bu sənət əsərini uzun illər sonra  üzə çıxaran həmin amerikalı 33 milyon dollar mükafat alaraq bütün həyatını dəyişmiş olur.

Opal matritsa

2011-ci ildə  Cənubi Avstraliyada yerləşən sahələrdən birində dünyanın ən böyük opal matritsası aşkar edilmişdi. Bu kümatritsanın tərkibində 55 min karat təmiz opal var idi. Matritsanı aşkar edən Stuart Hughes sonradan məşhur dizayner olaraq bütün dünyada tanınır . Tapılan bu nadir matrisanın dəyəri 1 milyon dollar idi.

“Coca-cola” şirkətinin səhmləri

Qədim əşyaların kolleksiyasını yığan amerikalı Tony Marton  satışa çıxarılan bir qutu  köhnə sənədləri cəmi 5 dollara əldə edərək, heç bilmədəm həyatını tamamilə dəyişmiş olur. Evə gələn Tony həmin qutuda məşhur “Coca-cola” şirkətinə aid ilk səhmlərini aşkar edir. Belə dəyərli kağızları satan Tony Marton, 130 milyon dollar qazanaraq zəngin olur.

5.5 kq olan nadir qızıl parçası

Yerli sakinlərdən biri Ballarat ( Avstraliya) şəhəri yaxınlığında yerləşən çimərlikdə  metal detektorunun  vasitəsi ilə yerin 60 sm dərinliyində yerləşən qeyri-adi bir cisim aşkar edir. Tapıntını aşkar edən insan əvvəlcə onun avtomobilin bir hissəsi olduğunu düşünür. Lakin qazıtıntını bitirdikdən sonra onun qızıl parçası olduğunu görür və onu satmaq fikrinə düşür. Qızıl parçasını zərgərlik mağazalarından birinə gətirdikdən sonra onun nadir tapıntı olduğunu öyrənir. Aparılan araşdırmalardan sonra məlum olur ki, yerli sakin tərəfindən tapılan  bu qızıl parçası 5.5 kq çəkisi olan  qədim dövrlərə aid olan nadir tapıntılardan biridir. Bu qızıl parçasını kəşf etdiyi üçün həmin insan 300 min dollarlıq mükafat alaraq, həyatını tamamilə dəyişmiş olur.

ABŞ-ın İstiqlal Bəyannaməsinin surəti

1989-cu ildə bir ABŞ sakini yarmarkaların birində cəmi 4 dollara satışa çıxarılan köhnə bir rəsm əsəri əldə edir. Əslində şəkli heç bəyənməyən bu insan onu ancaq çərçivəsinə görə əldə edir. Heç bəyənmədiyi şəkili çərçivəsindən ayırdığı zaman burada gizlənilmiş ABŞ-ın İstiqlal Bəyannaməsinin 25 nüsxəsindən birini aşkar edir. Həmin nüsxəni 8,1 milyon dollara sataraq gözlənilmədən zənginləşir.

“Ferrari 330 GT”

Vayominq ştatında bir adam özünə 285.5 min dollar dəyərində bir ev alır. Çox maraqlıdır ki, evə birləşmiş avtodayanacaq heç kimin diqqətini cəlb etmir. Evi təzəlikcə alan həmin adam hamı tərəfindən unudulan qaraja baş çəkmək fikrinə düşür. Unudulmuş məkana girərkən, burada qatı toz altında qalmış mükəmməl vəziyyətdə olan 1996 ilə aid “Ferrari GT”nı aşkar edir. Sonralar həmin maşın auksionda 500 min dollara satılır. Maşını aşkar edən insan mükafatlandırılaraq böyük məbləğdə pul alır.

Staffordşhire xəzinəsi

5 iyul 2009-cu ildə siravi ingilis fermeri Terri Herbert , qızının itirdiyi üzüyü köhnə metal detektoru ilə axtatararkən, evinin yaxınlığında qədim bir xəzinə aşkar edir. Bu xəzinə küpünün içində 1500 yaxın müxtəlif qızıl və gümüş zinyət əşyaları olur. Tapıntının çəkisi 7.5 kq, ümumi dəyəri isə 5.3 milyon dollar civarında qiymətləndirilmişdir. Bu qədim tapıntı dövlətə aid olduğuna görə Terri Herbert xəzinənin dəyərinin yarısına qədər mükafat alır . Aşkar etdiyi nadir tapıntı onun həyatını tamamilə dəyişdirir.

Köhnə bir oturacağın içindən tapılan xəzinə

Şotlandiyanın Biggar şəhərində yaşayan evli bir cütlük evləri üçün artıq istifadə olunmuş 5 oturacaq alırlar. Aldıqları oturacaqların bir neçəsində müəyyən problemlər olur və oturacaqların bərpasına əlavə vəsait olmadığından onlar 6 ildən çox evin çardağında qalır. İllər sonra evin sahibi olan Milner-Broun oturacaqları düzəltdirməyə qərar verir. Oturacaqları sökməyə başlayan Milner-Broun zinyət əşyaları ilə dolu bir xəzinə aşkar edir. O, bu haqda heç kəsə danışmır . Yalnız bir necə dəfə həyat yoldaşına dəyərli hədiyyər alır . Yalnız 2016-cı ildə  aşkar etdiyi bu tapıntı haqqında danışaraq, onu dəyərləndirməyə qərar verir. Deyilənlərə görə, xəzinənin dəyəri bir neçə milyon dollar idi. Bu tapıntı ailənin həyatını dəyişdirərək, onları xəyal etdikləri həyata qovuşdurur.

Pianoda tapılan xəzinə

61 yaşlı piano ustası Martin Backhouse, Hammington ailəsinin hədiyyə olaraq məktəbə verdiyi fortepianonu təmir etmək üçün  Bishop Castle İcma Kollecinə dəvət edilir. Musiqi alətini sökməyə başlayan usta pianonun dilləri altında Kraliça Viktoriya dövründə buraxılan qızıl sikkələrlə dolu 7 kisə aşkar edir. Bu nadir tapıntının dəyəri 640 min dollar idi. Qızılın kim tərəfindən  və nə vaxt gizlənildiyi hələ məlum deyil, lakin bu xəzinəni aşkar edən usta 6 rəqəmli məbləğdə mükafat alır.

Qızıl sikkələr

Normandiya sakini varisliklə qohumlarından əmanət qalan bir evin sahibi olur. Evin yeni sahibi əmlakını yoxlamaq qərarına gəlir və evi gəzərkən oturacaqların altına bağlanmış qızıl sikkələrlə dolu bir qutu aşkar edir. Bu tapıntının dəyəri təxminən 3.7 milyon dollar idi. Lakin Fransa qanunlarına görə, xəzinəni tapan şəxs mirasının 45%-ni vergi olaraq ödəməlidir. Beləliklə o, məbləğin yarısını almış olur.

Samirə Tağıyeva, “İki sahil”