17 dekabr 2020 08:13
927

Təyyarədə pilotun əlindən düşən telefon səmada öz “uçuşunu” qeydə aldı

Braziliyalı pilot Enresto Qlioto birmotorlu təyyarə ilə uçuş zamanı mənzərəni çəkmək istəyərkən telefonunu əlindən salıb.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, o, əvvəlcə itki ilə barışmaq istəyib. Lakin sonra telefonunu axtarmaq qərarına gəlib. Xüsusi tətbiqin köməyi ilə cihazı tapanda isə pilot xoş sürprizlə üzləşib.

Belə ki, onun “iPhone”u nəinki qırılmamışdı, hətta uçuşunu qeydə almışdı.

“Life Shot” “Telegram” kanalı bununla bağlı maraqlı anları təqdim edib.