20 dekabr 2020 10:10
899

COVID-19-a qarşı anticisimlər ana südü ilə ötürülə bilər

Koronavirus infeksiyasına qarşı anticisimlər ana südü vasitəsilə ötürülə bilər.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalının efirində Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq danışıb.

“Yeni doğulmuş körpəsinə süd verən ana ona bu yolla anticisimləri ötürə bilər”, - deyə mütəxəssis bildirib.