11 mart 2021 15:56
1446

Londonda eni 160 santimetr olan ev FOTO

Londondakı 160 santimetr eni olan evi 950 min funt sterlinqə almaq olar.

"İki sahil" xəbər verir ki, yığcam ölçülərinə baxmayaraq, evin ümumi sahəsi 96 kvadratmetr olmaqla kifayət qədər böyükdür. Evdə bir və ya iki nəfərin rahat yaşaması üçün zəruri şərait yaradılıb.

Belə ki, evin üst mərtəbəsində 2 yataq otağı, zirzəmisində isə bir mətbəx və yemək otağı, iş və iki yataq otağı var.

Eyni zamanda, kiçik bir bağçası olan ev qeyri-adi ölçüləri ilə məşhur olsa da, tarixi dəyər daşıyır.