Koronavirus infeksiyası artıq Antarktidaya da çatıb.
"İki sahil" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıblar.
Qeyd edilir ki, Antarktidada 36 yoluxma faktı qeydə alınıb. Çiliyə məxsus elmi stansiyada çalışan 36 əməkdaşın virusa yoluxduğu məlum olub.
Beləliklə, virusun Antarktidada qeydə alınmasından sonra yer kürəsində pandemiyadan uzaq olan ərazi qalmayıb.