24 dekabr 2020 19:14
943

Məşhur simaların sevdiklərinə verdiyi dəyərli hədiyyələr

Bu yazıda məşhur insanların sevdiklərinə verdiyi bahalı hədiyyələr haqqında topladığımız məlumatı təqdim edirik.

Mayk Taysonun həyat yoldaşı üçün aldığı qızıldan vanna

Məşhur boksçu Mayk Tayson bir neçə dəfə ailə həyatı qurub. Lakin onun ən  çox sevdiyi qadın Robin Givens olub.Onlar boşandıqdan sonra da ona qarşı olan hissləri heç dəyişməyib. Sevdiyi xanımı tez-tez ziyarət edərək, onunla boş vaxtlarını keçirən boksçu xanımı sevindirmək üçün ona 2 milyon dəyəri olan qızıldan vanna hədiyyə edir. Lakin bu dəyərli hədiyyə belə onların münasibətlərini bərpa edə bilmir və tezliklə cütlük tamamilə ayrılır.

Nikol Kidmanın qeyri-adi üzüyü

Tanınmış aktrisa Nikol Kidman 2006-cı ildə müğənni Keith Urban ilə ailə həyatı qurur. Uzun illər ərzində ana olmaq istəyində olan aktrisa hamilə olduğunu öyrənəndə bütün film təkliflərini rədd edir və özünü analığa həsr edir. Bu körpə Urbanın da ilk övladı idi. Qızı Sandey Rouz dünyaya gələndə musiqiçi, Nikola brilliantlarla bəzədilmiş ağ, sarı və çəhrayı qızılla işlənmiş 73 min dollar dəyərində Cartier Trinity üzüyünü hədiyyə edir. Bu qeyri-adi üzüyün hər bir halqası bir məna kəsb edir: ağ qızıl dostluğu, sarı qızıl sadiqliyi, çəhrayı isə sevgini tərənnüm edir.

Mariah Carriyə yoldaşı tərəfindən alınan bahalı hədiyyələr

Milyonların sevgisini qazanan müğənni Mariah Carrie həyat yoldaşı olan milyonçu Nick Cannondan tez-tez bahalı hədiyyələr alır.Belə hədiyyələrdən biri, Mariah uçün alınan Rolls-Royce Phatomdur. Həmin  avtomobilin qiyməti 400 min dollardır.
2011-ci ilin aprel ayında müğənninin Morokkana və Monro adında əkiz övladı dünyaya gəlir. Həyat yoldaşı, musiqiçi Nick Cannon, yeni ana olmuş həyat yoldaşına sürpriz etmək  istəyirdi. O bilirdi ki, Mariah zinət əşyalarını çox sevir  və  onun çox orijinal və bahalı daş-qaşları çoxdur  deyə, həyat yoldaşına  xüsusi fantaziyası ilə seçilən bir zinyət əşyası hədiyyə edir.  Cannon çəhrayı və ağ brilliantlarla bəzədilmiş oğlunun və qızının adları həkk olunmuş boyunbağını sevdiyi qadına təqdim edir.Həmin boyunbağının qiyməti 1.5 milyon dollardır.

Jay- Zi üçün alınan Bugatti veyron Grand Sport

Milyonların sevimlisi olan məşhur pop-star Beyons sevdiyi həyat yoldaşı reper Ja –Zi -yə sürpriz olsun deyə,  ona çox dəyərli Bugati Veyron Grand Sport avtomobilini hədiyyə edir. Həmin hədiyyənin qiyməti 2 milyon dollar idi. Lakin Jay-Zi də həyat yoldaşının göy rəngi sevdiyi üçün ona  kraliçalara layiq olan göy tanzanit qaşlı 35 min dollar dəyərində  üzük hədiyyə edir.

Pi Diddinin oğluna olan qeyri-adi hədiyyəsi

Qalmaqallı  reper Pi Diddi 5 uşağı olan xoşbəxt bir atadır. O, hər övladına kifayət qədər vaxt ayırır. Bu onda heç də pis alınmır. Lakin ən çox sevdiyi övladı böyük oğludur. Böyük oğlu 16 yaşlı Castinə 360 min dollarlıq sport Maybach hədiyyə edib və onun üçün Nyu-York klublarının birində böyük qonaqlıq təşkil etmiş, orada dünya şöhrətli hip-hop ulduzları çıxış etmişdi. Oğluna olan digər qeyri-adi  hədiyyəsi isə  10 min dollarlıq olub və onun oğlu həmin bu pulu  Haitidə zəlzələdən ziyan çəkmişlərin yardım fonduna yatırmışdır.

Kardi B-yə sevgilisindən hədiyyə olunan 4 milyonluq üzük

Bütün dünyada tanınan məşhur repçi Kardi B-yə ad günündə həyat yoldaşından bahalı hədiyyə alıb. Məşhur ifaçının özü kimi reper olan sevgilisi ona ad günündə 100 karatlıq almaz üzük hədiyyə edib. Bu dəyərli hədiyyənin qiyməti təxminən 4 milyon dollardır. Yaxtada ziyafət verən Kardi B-yə sevgilisi Offset boşqabın içində üzük verir. 4 milyon dollar dəyərindəki bu almaz ''titanik almaz''ı adlanır. Offset bu üzüyü 9 ay öncədən sifariş verdiyini bildirib.Qeyd etmək lazımdır ki,bir övladları olan cütlük bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir.

Marc Anthonin Jennifer Lopezə hədiyyə etdiyi dəyərli sırğalar

Sevilən cütlük  Jennifer Lopez və mügənni Marc Anthony 2006-cı ildə ailə həyatı qururlar. Lakin təəssüflər olsun ki, 5 ildən sonra bu ailə dağılır. Ailəli olduqları dönəmdə  cütlüyün əkiz övladları-oğlu Maks və qızı Emmi dünyaya gəlir. Sevincinə hakim ola bilməyən Marc hədiyyə olaraq həyat yoldaşına  dəyəri 2,6 milyon dolar olan sırğaları bağışlayır. Deyilənlərə görə, boşanandan sonra Jennifer evlilik vaxtı alınan bütün ziynət əşyalarını satmışdı, hətta bu sırğaları da.

Türkan Şoray

Türkiyənin  məşhur aktrisası Türkan Şoray qızı Yağmura  çox dəyərli hədiyyə alıb.Aktrisa ona  "Audi 03" markalı avtomobil alıb. Hədiyyənin qiymətinin 150 min lirə (təxminən 75 min manat) olduğu deyilir.

Beyonsun 350 min dollarlıq çantası

Tez-tez sevdiyi qadını sevindirən Jay –Zi Beyonsun ürəyini necə qazanaçağını yaxşı bilir. Həyat yoldaşının nadir çantalardan ibarət  kolleksiyasını artırmaq üçün ona 350 min dollar dəyərində olan qırmızı əl çantasını hədiyyə edir. Onun sözlərinə görə, bir qadın üçün əsas olan pul deyil, sevdiyi kişinin münasibəti  və ona qarşı olan qayğısıdır.

Ayşvariya Rai və Abxişek Baççanın qızlarına hədiyyə etdiyi dəyərli əşyalar

Hindistanın məşhur cütlüyü  Ayşvariya Rai və Abxişek Baççanın  adı hər kəsə məlumdur. Uzun illər ərzində ailə həyatı qurmuş bu cütlüyün 2011-ci ilin sonunda  Aradxiya adlı qızları dünyaya gəldi.  Aradxiyanın 3 yaşı olanda valideynləri  balaca qıza  əsl şahzadə hədiyyəsi edirlər. Onun şərəfinə atası Audi A8 markalı avtomobili alır və bu  marka təsadüfən seçilən bir hədiyyə deyil, çünki  "A" hərfi Rai və Baççanın həyatında böyük əhəmiyyətə malikdir. Körpə qızın uşaq yatağı  belə ən məşhur dizayner Abu Canni və Sandipa Kxosla tərəfindən yığılmışdır. İlk ad günündə isə  balaca anası tərəfindən Dubayda şəxsi ev sahibəsi oldu, 2 yaşında isə Aradxi Mini Cooper sahibəsi olub.

Aristotel Onassis tərəfindən alınan ada

Milyarder Aristotel Onassis dünyanın ən bahalı hədiyyəsini təqdim edən şəxs olaraq tarixə düşməyə qərar verdi. O, gələcək həyat yoldaşına bir maşın,bir pul kisəsi, hətta qızıl üzük deyil , nəhəng bir torpaq sahəsi,əqrəb formasında olan bir ada hədiyyə edir. Onların toy mərasimi də həmin bu adada baş tutub.Onassisin sözlərinə görə, həqiqi sevgini pulla ölçmək olmaz.

Peris Hiltonun özünə aldığı çəhrayı Bentley

Özünü hədsiz dərəcədə çox sevən populyar müğənni və aktrisa Paris Hilton ad günündə 800 min dollar dəyərində olan çəhrayı Bentlini əldə edərək,özünü beləcə  təbrik etmiş olur. Onun sözlərinə görə, hər bir insan özünə dəyər verməli və gözəl yaşamağı üstün tutmalıdır.

Roman Abramoviçin hədiyyə etdiyi bürüncdən heykəl

Rusiyanın məşhur milyarderi Roman Abramoviç də sevdiklərinə qeyri-adi hədiyyələr etməyi çox sevən tanınmışların sırasına daxildır.Məsələn, belə hədiyyələrdən biri Romanın sevgilisi üçün aldığı müəllif əsəri olan bürüncdən düzəldilmiş bir heykəlcikdir.Eksponat sayılan həmin heykəlin qiyməti 15 min dollardır. Sənət əsərlərinin kolleksiyasını toplayan xanım  bu hədiyyəyə çox sevinmişdir.

Samirə Tağıyeva, “İki sahil”