25 dekabr 2020 18:36
1339

"Survivor 2021" bu tarixdə başlayacaq

Hər il maraqla izlənilən "Survivor" yarışmasının yayım tarixi bəlli olub.

"İki sahil" Milli.Az-a istinadən bildirir ki, 2021-ci ildə yayımlanacaq yarışma ilk dəfə yanvarın 8-də ekranlara gələcək.

Hazırda yarışa hazırlıqlar davam edir. Yenə də "Survivor"da məşhurlar və könüllülər komandaları yarışacaqlar. Məşhurlar komandasına qatılanlardan indiyə qədər Cemal Hünal və Öykü Demirin adları açıqlanıb. 

Layihə yemək proqramı "MasterChef" bitdikdən sonra başlayacaq.