27 dekabr 2020 14:40
358

21-ci həftədə 500 qram doğulan körpə sağ qaldı:  Tibbdə möcüzə

ABŞ-ın Minnesota ştatında yaşamağına ümid olmayan, beş aylıq doğulan körpə sağalaraq xəstəxanadan evə buraxılıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elizabet Hatkinsonun hamiləliyinin 21-ci həftəsində dünyaya gətirdiyi körpə 500 qram olub.

Onun yaşama şansının olmadığını bildiriblər.

Riçard adlı uşaq altı ay xəstəxanada qalandan sonra tam sağlam şəkildə evə buraxılıb.

Həkimlər bunun möcüzə olduğunu deyirlər.