27 dekabr 2020 15:30
1741

Ağcabədidə quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adları ilə bəzədilib FOTO

Ağcabədi şəhərinin mərkəzində, H.Əliyev meydanında quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı və  Azərbaycan-Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, uzunluğu 9 metr olan "yolkanın" ən zirvəsində Dövlət bayrağı dalğalandırılır.

Vətən müharibəsində iştirak edən və şəhid olan  Ağcabədidən olan 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül asılıb. Yolkanın ən zirvəsində isə “Qarabağ Azərbaycandır!” yazılıb.