27 dekabr 2020 22:52
497

Acun malikanəsini 8 milyona satışa çıxarıb

Bir müddət əvvəl produser Acun Ilıcalı Kuruçeşmedə 16 milyon 800  min dollara (təxminən 28 milyon manata) villa satın alıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ilıcalı hazırda Ulus Yeşil bölgəsində yerləşən malikanəsini satışa çıxarıb.

3 mərtəbəli lüks villa 5 milyon dollara (yəni 8 milyon 500 min manata) satılır.

Acunun yeni açılacaq kanalı üçün malikanəni təcili satmaq istədiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Şeyma Subaşından boşanan Ilıcalının Kuruçeşmedəki evi ona verəcəyi deyilirdi.