Koronavirus və qripin fərqi nədir?
Bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.
"İki sahil" milli.az-a istinadən xəbər verir ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə, bir az narahat və zəif hiss edə bilərsiniz.
Covid-19-un simptomları:
- yüksək hərarət və ya üşütmə
- öskürək
- nəfəs darlığı və ya nəfəs almaq çətinliyi
- yorğunluq və zəiflik
- əzələ və ya bədən ağrısı
- baş ağrısı
- qoxu və dad itkisi
- boğaz ağrısı
- burun tutqunluğu və ya axması
- mədə ağrısı, ishal
- ürək bulantısı
Qripin simptomları:
- öskürək
- yüksək hərarət (olmaya da bilər)
- boğaz ağrısı
- burun tutqunluğu və ya axıntısı
- əzələ və ya bədən ağrısı
- baş ağrısı
- yorğunluq
Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin!