28 dekabr 2020 14:43
1104

Yuxusu “şirin” olmayanlar üçün məsləhətlər

Yuxu problemləri müxtəlif səbəblərdən yarana bilir. Fizioloji problemlərdən tutmuş, elementar qaydalara riayət etməməyə qədər müxtəlif səbəblər, düzgün qidalanmamaq, gərgin iş rejimi, stress və s. insanın yuxusuna təsir edir.

Dərin və sakit bir yuxuya getmək, normal dincələ bilmək bir çox insanların arzusudur.

Çətin iş günündən sonra da tez yuxuya gedə bilmirsinizsə və ya gecə boyunca bir neçə dəfə oyanırsınızsa və səhər qalxanda özünüzü daha çox yorğun hiss edirsinizsə, deməli açıq yuxu probleminiz var. Xoşbəxtlikdən bu problem həll edilə bilər.

Yuxu rejimi

Yaxşı dincəlmək üçün ilk növbədə yuxu rejiminizə diqqət edin. Mütləq şəkildə vaxtında yatağınıza uzanın və özünüzü eyni vaxtda yatmağa vərdiş etdirin.

Bədəniniz də istirahət tələb edir, onun siqnallarına məhəl qoymamaq fiziki tükənməyə səbəb ola bilər. Sağlam yuxu isə əksinə, həyat performansınızı yüksəldir.

Yataq otağı

Yataq otağını qida, içki, müxtəlif qadjetlərlə doldurmaq olmaz. Yataq otağı komfortlu olmalı və yaxşı havalandırılmalıdır. Otağın optimal temperaturu 22 dərəcəni keçməməlidir. Otağın isti və ya soyuq olması oyanmaya səbəb olur.

Maqnezium

Keyfiyyətli yuxu üçün orqanizmdə maqneziumun səviyyəsi də önəmlidir. Onun çatışmazlılğı yuxu problemlərinə yol açır. Rasionunuza mütləq ispanaq, turşəng, təzə meyvə-tərəvəz, qoz-fındıq daxil edin. Bundan əlavə, həkim məsləhəti ilə apteklərdən maqnezium tərkibli preparatlar əldə etmək olar.

Axşamlar qəhvədən imtina edin

Yatmazdan əvvəl qəhvə prinsipcə əla bir fikirdir. Lakin bilməlisiniz ki, bu canlandırıcı içkinin bir fincanı adensinin səviyyəsini aşağı salır, nəticədə yuxusuzluğa və ya narahat yuxuya səbəb olur. Qəhvə insanı canlandırdığı, beynini ayıq tutduğu üçün səhərlər istehlak edilməlidir.

Nubar Süleymanova, “İki sahil”