29 dekabr 2020 14:58
915

Həkimdən mühüm açıqlama: Pandemiyanın bitməsinin 3 yolu var

Vaksinasiya COVID-19 pandemiyasının qurtuluş yoludur. Dünyada pandemiyanın bitməsinin 3 yolu var: virusun mutasiyaya uğrayıb özü-özünü öldürməsi, dünya əhalisinin 70-80 faizinin xəstəliyi keçirib, kollektiv immunitetin formalaşdırılması və sonuncu ən effektiv yol vaksinasiyadır.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. Onun sözlərinə görə, bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil.

“Ölkəmiz vaksinasiyasya hazırlanır. Dünyada bir sıra vaksinlər hazırlanıb, lakin bunlardan əsas 5 vaksin üzərində dayanılıb. Təxminən 2-nin təsir mexanizmləri eynidir, digərlərinin təsir mexanizmləri fərqlidir. Azərbaycan qlobal vaksin alyansiyasına üzv olub, COVAX şirəti ilə müqavilələrimiz var. Gedişatı yaxından izləyirik, ölkəmiz üçün ən təhlükəsiz, ən effektiv vaksin əldə olunacaq”.

Vaksinlərin nəzərə alınmayacaq dərəcədə yan təsirləri olduğunu deyən F.Sədirov bildirib ki, bu, illərlə tətbiq edilən bir sıra vaksinlərdə də rast gəlinib.

“Çiçək, Qrip, Hepatit, Qızılca, Məxmərək kimi xəstəliklərə qarşı vurulan vaksinlərdə də olub. Əlavə təsirlər keçici və təhlükə yaratmayan yan təsirlərdir. Vaksinlər vurularkən insanlardan insana fərqli təsir göstərə bilər. Koronavirusla bağlı vaksinlər izlənilərkən yan təsirləri olan peyvəndlərin sınaqları dayandırılmışdı. Hal-hazırda vaksinlərin effektivliyinə və təhlükəsizliyinə şirkətlər zəmanət verir”.

Həkim, həmçinin bildirib ki, koronavirusa qarş vurulan vaksinin təsiri insanlarda formalaşan immunitetdən asılıdır.

“Peyvəndlər tərkibcə və təsir mexanizmlərinə görə fərqlidir. Əsas təsir mexanizmi insanda antitel yaratma qabiliyyətidir. Çinin istehsal etdiyi "Sinovac" vaksini inaktiv peyvəndir. Öldürülmüş virusun proteinlərini və bəzi komponentləri vücuda yeridir və vücudumuz ona qarşı antitel formalaşdırılır”.

F.Sədirov qeyd edib ki, COVID-19 qlobal pandemiya olduğundan peyvəndin təsirini və effektivliyini öyrənmək üçün dövlət səviyyəsində vurulması məqsəduyğundur. “Yetəri qədər təcrübə toplanandan sonra vaksin özəl xəstəxanalarda da vurula bilər. Aktiv koronavirus xəstəsinə peyvənd vurulması əks göstərişidir. Xəstəliyi keçirən şəxslərdə antitel varsa, peyvənd vurula bilməz. Xəstəliyi çox əvvəl keçirən və antiteli olmayanlar peyvənd vurdura bilər.

Bəzi ölkələr kütləvi şəkildə peyvəndlənməyə başlayıb. Müsbət rəqəmlər var. 92-95 faiz effektivlikdən bəhs edilir. Bu, yeni rəqəmlərdir. Amma 6 ay -1 il ərzində peyvəndin qoruyuculuğunun nə dərəcə olacağı ilə bağlı rəqəmlərin dəyişəcəyini düşünürəm”.