31 dekabr 2020 20:32
536

5 dəqiqədə dabanları yumşaltmağın yolu

Ayağınızın sığışacağı ölçüdə ləyən götürün və içərisinə 1,5 litr isti su tökün. Su çox isti olsun,amma,ayağınızı yandıracaq kimi olması lazım deyil. Suya 4 xörək qaşığı perekis əlavə edib ayaqlarınızı vanna edin. Bir-neçə dəqiqədən sonra ayaqlarınızın və dabanlarınızın yumuşaldığının şahidi olacaqsınız. Hətta ayaqlarınız elə şəklə düşəcək ki,elə bil uzun müddət saunadasınız. Əgər dabanlarınız çox yumşalmayıbsa o zaman ayaqlarınızı suyun içərisində bir az da saxlayın.Ayaqlarınızı sudan çıxardığınız zaman dərinizin körpə uşaq dərisi kimi tər-təmiz olduğunun şahidi olacaqsınız. Əgər daban hissənizdə qalınlaşmış dəri toxuması hələ də qalıbsa o zaman daban süngəri ilə həmin nahiyyəni sürtüb təmizləyin.Daban hissənizin qalınlaşmış ölü toxuması yumşaldığı üçün asanlıqla təmizlənir. Təmizlədikdən sonra dabanınıza bir-neçə damcı sirkə damızdırılmış qliserin sürtün.Əgər dabanınızda illərlə yığılıb qalınlaşmış dəri varsa o zaman hər gün ayaqlarınızı bu üsulla vanna edin,amma, sirkəli qliserini həftədə bir dəfə sürün.
Yuxarıda yazılanları edin və faydasını görün!

Milli.Az