03 yanvar 2021 18:59
600

Mehmet Əli Ərbildən şad xəbər

Qaçış sindromundan əziyyət çəkən türkiyəli şoumen Mehmet Əli Ərbilin hazırda vəziyyətinin yaxşı olduğu açıqlanıb.

"İki sahil" axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir təkərli oturacaqdan istifadə edən şoumen yeriməyə başlayıb.

Müğənni Evcan Avşar sosial şəbəkədə birgə fotolarını paylaşaraq "Onu ziyarət etdim, müalicəsi çox yaxşı davam edir. Artıq heç kimin köməyi olmadan evdə yeriyə bilir" sözlərini yazıb.