03 yanvar 2021 19:07
658

BMT 2021-ci ildə neçə uşağın doğulacağını proqnozlaşdırdı

Yeni ilin ilk günündə dünyada 371 504 uşaq dünyaya gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) tvitterdə bildirib.

"İki sahil" xəbər verir ki, məlumata görə, 2021-ci ildə ilk uşaq Fici Adaları Respublikasında doğulub.

“2021-ci ildə 140 milyon uşağın doğulacağı gözlənilir. Onların orta ömür müddəti 84 il təşkil edəcək”, - paylaşmda qeyd olunub.