04 yanvar 2021 15:08
678

Qlobal siyasət dünyanı necə dəyişəcəcək?

Donald Trampın hakimiyyətdən  gedişi  dünya siyasətinin üzünü dəyişdirəcək. İqlim böhranı və COVID-19 virusuna qarşı aparılan tədbirlər bütün xalqlara öz təsirini göstərəcək. Bir çoxları isə daha çox çətinliklərlə üzləşəcəklər.

Baş verən hadisələr ətrafında müşahidə aparan müxtəlif siyasətçilər qarşıdakı 12 ayı araşdırarakən bu qənaətə gəliblər ki, 2021-ci ilin başlanğıcında dünyanı qorxu və ümid müşayiət edəcək.  Belə ki, keçən il elm adamları  bu vaxta qədər mövcud olmayan  bir xəstəlik üzərində  müşahidə apararaq, bir neçə peyvənd  hazırladılar. Lakin ABŞ və İngiltərə daxil olmaqla bir çox ölkələr  hələ də pandemiyanın  ən  kritik–ölümcül dövründə büdrəməkdədirlər.

Aylar keçsə də COVID-19-un hətta ən zəngin ölkələrdə belə təsiri keçməyəcək. İngiltərə peyvəndin istifadəsini təsdiqləyən  ilk ölkə olaraq geniş tədarükə başlasa da,  Boris Consonun ən tezi Pasxaya qədər həyatın normal hala  qayıdacağı təklifini nikbin xəbər kimi qəbul etmək olar. Digər  ölkələr, əsasən də  cənub ölkələrinin peyvəndi almağı uzun zaman çəkəcək. COVID-19-un  hər yerdə çökdürdüyü iqtisadiyyat hər bir ölkədə  çox  çətinliklə bərpa olunacaq.

Koronavirusu sürətlə nəzarətə alan və dirçəlməyə başlayan  Çinin ötən ilin dekabr ayının sonundan Avropa ilə  apardığı ticarət sövdələşməsi  iqtisadiyyatın qlobal investorlar üçün nə qədər cəlbedici olduğunu göstərdi. Ancaq COVID-19-un mənşəyi ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməkdən açıqca çəkindiyinə görə hələ də Çinə qarşı  bir çox ölkələrdə inciklik  var. Lakin xəstəlik tamamilə bitəndə artıq dünya  digər illərdə olduğu kimi, ciddi problemlərlə üz-üzə qalacaq. Buna hadisələrdən  ən aktualı, daha dəqiq siyasətçilərin dili ilə desək, iqlim böhranını misal göstərmək olar. Meşə yanğınları və ekstremal hava şəraiti bütün fikirləri yenə qlobal istiləşməyə yönəldəcək.

Noyabr ayında Qlazqoda dünya liderləri əsas zirvə görüşü üçün  bir araya gələcəklər. Pandemiya səbəbindən təxirə salınan görüş mühüm qərarların qəbulu üçün olduqca vacib hesab olunur.

ABŞ-ın yeni seçilən Prezidenti Co Baydenin ilk qərarı COVID-19-u məğlub etmək adı altında başlayacağı kampaniya  olacaq. Siyasətçilər bu qərarın Bayden üçün uğurlu olacağını güman edirlər.  Donald Trampın təcavüzkar “Amerika Birincisi” layihəsi onu beynəlxalq öhdəliklərdən çəkildiyini və NATO kimi çoxtərəfli qurumlara hücum etdikdən sonra Bayden ölkəsinin xaricdəki nüfuzunu necə bərpa edəcəyini də düşünməlidir. Trampın  dövründə sürətlə pisləşən Pekin ilə əlaqələrin də xüsusi diqqət mərkəzində olacağı ehtimal edilir.

theguardian.com saytının materialları əsasında hazırladı:

Leyla Şıxəli-Bayramlı, “İki sahil”