Mağazaların bağlanması, əsaslı uçuşların ləğvi, qapalı fabriklər 2020-ci ildə moda sənayesinə öz zərbəsini vurdu. Hələ 2020-ci ilin ilk yarısı artıq bu zərbə gözlə görünən dərəcədə idi. Müxtəlif ölkələrdə keçirilən tədbirlərin, toyların və məclislərin ləğvi moda üçün çox pis iqtisadi, maddi-texniki və mədəni ssenari yaratdı.
“McKinsey & Company” menecment şirkətinin və “Business of Fashion” saytının yaydığı məlumata görə, 2020-ci il dəb sektoru üçün ən uğursuz il kimi tarixə düşüb. 2019-cu illə müqayisədə gəlirlərdə 90 %, satışda isə 15-30 % azalma müşahidə edilib.
Ötən ilin ən çox satılan məhsulu ev üçün tərliklər olub. Formal geyim və ayaqqabıların, ziyafət geyimlərinin satışında ciddi azalma müşahidə edilsə də, ev geyimləri və tərliklər, ev üçün idman geyimlərinin satışı yüksək olub. Təkcə kişi tərliklərinin satışı 2020-ci ilin ikinci rübündə 2019-cu illə müqayisədə 53 % artıb.
Nübar Süleymanova, “İki sahil”