06 yanvar 2021 01:44
894

Yeni ixtira xroniki xorultudan əziyyət çəkənlər üçün əsl ümid mənbəyi olacaq

Milyonlarla insanın əziyyət çəkdiyi - xorultu

Gecə vaxtı  yataq otağında müşahidə edilən narahatçılıqdan biri. Təxminən hər orta yaşlı iki  kişidən  və orta yaşlı  dörd  qadından biri yatarkən yuxuda xoruldayır. Əvvəllər sadəcə narahatlıq kimi qəbul edilən yuxu apnoesi ( xoruldama) hazırda ciddi sağlamlıq problemi hesab olunur.  Gecə yuxusundakı bu periodik dayanmalar  ciddi  həyati təhlükə  yarada  bilər.  

İndi gecələr nəfəs almanı yaxşılaşdıran və bununla da, xorultunu aradan qaldıran inqilabi vasitə ixtira olunub. 

Əvvəldən başlayaq. Yuxulayarkən xoruldayanda  yuxarı tənəffüs yollarında yüksək tənəffüs səsləri əmələ gəlir. Tam 70 desibel - yoldan keçən bir yük maşını qədər yüksək bir səsdir.  Bəli, məhz bu qədər yüksək bir səs. Xoruldamanın səbəbləri   şişmiş bademciklər, poliplər, əyilmiş burun septum və ya həddindən artıq uzun uvula kimi anatomik  problemlərə  əsaslanır. Xüsusilə 50 yaşdan yuxarı kişilər daha çox xoruldayırlar. 

Bəs dediyimiz o  köməkçi  vasitə nədir ?  

“SilentSnore” adlanan bu vasitə xorultu səsləri ilə mübarizə aparmaq üçün kəşf edilən  kiçik və asan istifadə olunan cihazdır . Bu innovativ vasitə buruna itələnən yumşaq silikon üzükdən ibarətdir. 

 On minlərlə insan gecələr daha yaxşı və rahat yatmaq üçün bu kiçik vasitədən istifadə edib   və həqiqətən də  istifadə edənlər rahat xorultusuz  yuxuya gedə biliblər. 

“SilentSnore” buna necə nail olur?

“SilentSnore” burundakı tənəffüs müqavimətini azaltmaq üçün burun dəliklərini yumşaq bir şəkildə genişləndirir; başqa sözlə, hava axını burundan ağciyərə daha rahat  ötürülür. 

“SilentStore”  burundan keçən tənəffüsün  məhdudlaşdırılmadan  rahat işlədiyini bədənə ötürür  və bu prosses şüursuzca (daha sağlamşəkildə) baş verir .  Qeyd edək ki,  SilentSnore yatarkən sizi narahat etmir.

Bu  kiçik  innovativ cihaz normal yuxu fazasına heç bir  müdaxilə etmədən, sadəcə olaraq,  yatarkən xoruldamağa nəzarət edir.

Normal və sağlam bir yuxu fazası, xoruldamağı təsirli bir şəkildə aradan qaldıraraq, dərin yuxu vəd etməli , yatan tərəfdaşınızı narahat etməyi dərhal dayandırmalı və bədəninizin istirahətinə  zəmanət verməlidir.

“SilentSnore” un əsas üstünlükləri:

Daha yaxşı nəfəs almağa kömək edir;

Xoruldamağın azaldılmasına və dayandırılmasına kömək edir;

Ağızda quruluğu azaltmağa kömək edir;

Hipoallergikdir;

Yenidən istifadə edilə bilər;

Rahat, yüngül və təhlükəsizdir.

ecoplanetdeals.com saytının məlumatları əsasında hazırladı:

 Leyla Şıxəli Bayramlı

“İki sahil”