Caligula: Aramızdakı Tanrı
Həqiqi adı Gaius Julius Caesar Augustus Germanicu olan Roma imperatoru Sezardır. Xalq arasında o, qəribəliyi, əxlaqsızlığı və qəddarlığı ilə tanınırdı. O, kişiləri sadəcə ürəyi istədiyinə görə öldürtdürürdü. Sezar özünü Tanrı olaraq tanıtmaq və özünə ibadət edilməsini istəyirdi. Bu da bəs deyilmiş kimi lazımsız xərcləmələrlə, dövlət iqtisadiyyatına ciddi zərər vururdu.
Kastiliya Joanna: Xəyanətə uğrayan kraliça
Kraliçanın sevgisi filmlərə də mövzu olmuşdur. Həyat yoldaşını həddindən artıq sevdiyinə görə onun ölümünə səbəb olmuşdur. Joanna ərinə qarşı çox depressiv və çox qısqanc idi. Daha sonra əri ondan ayrılır. Bundan sonra Joanna özünü bir otağa kilidləyir və özünə xəsarətlər yetirməyə başlayır. Bir gün həyat yoldaşı Filipin başqa bir qadınla birlikdə olduğunu öyrənir. Joanna o qadını tapır və saçlarını qayçı ilə kəsir. Sonra qayçını qadının üzünə batıraraq öldürür. Yoldaşı Filip bu hadisədən sonra tifo xəstəliyinə tutulur və ölür. Joanna yoldaşı öldükdən sonra da onun cansız bədənini məzardan çıxardıb öpürdü.
Bavyera kralı II Ludvig: Xəyalpərəst
Çox yaraşıqlı olan bu kral tez-tez kəndləri gəzirdi. Libasını dəyişərək xalqın arasına qatılırdı. Həmçinin insanlara hədiyyələr verirdi. Ölkə üçün tam olaraq romantik bir qəhrəman idi, amma onu yaxından tanıyanlar iç dünyasının qaranlıq olduğunu deyirdilər. Kral üstün xəyal gücü sayəsində “Neuschwanstein” qalasını bərpa etdirirdi. Bu qala “Disneyland”dakı qalaların ilham mənbəyi oldu.
Qorxunc İvan: Dəli Çar
Qorxunc (Qroznıy) adını alan IV İvan Rusiyanın çarı idi. Onun qorxunc adlandırılmasının isə səbəbləri var idi. Çox aqresiv adam olduğuna görə nəzarət edilə bilməyən paranoyası var idi. Dərman təsiri verdiyini düşünərək civədən istifadə edirdi. Bir dəfə belə bir qəzəbli vaxtında oğlunu öldürdüyü deyilir. Hətta bununla əlaqəli rəsm tablosu belə var. Amma bu məlumatın doğruluğu hələ də təsdiqlənməyib.
Kral Herold
Böyük Herold yəhudi tarixindəki ən önəmli xarakterlərdən biri idi. Eyni zamanda da ən qəddarlardan idi. Həzrəti İsanın doğumundan sonra bütün yeni doğulan uşaqların qətl edilməsini əmr etmişdi. Vəziyyət getdikcə pisləşdiyi zaman ailəsi narahat olduğu üçün ailəsini də edam etdirmişdi. Bütün bunlarla birlikdə Qüds məbədini də o tikdirib.
Röya Rasimqızı, “İki sahil”