06 yanvar 2021 18:36
564

2021-ci ilin top smartfon markaları hansılar olacaq?

Dünya miqyasında smartfon istehsalı 2020-ci ildə 11 % azalıb. Məlumatı “TrendForce” analitika şirkəti açıqlayıb. Koronavirus pandemiyası və bununla əlaqəli fabriklərdə dayanma, komponent çatışmazlığı və tələbin azalması səbəbindən smartfon istehsalçıları daha az cihaz istehsal ediblər.

"İki sahil" Vesti.ru saytına istinadən xəbər verir ki, analitiklər tədricən istehsalın canlanacağını, hətta smartfon bazarının bir qədər böyüməsini proqnozlaşdırsalar da, yenə də 2021-ci ildə də bu göstərici rekord qıran 2019-cu ildən daha aşağı olacaq. Gələn ilin əsas tendensiyaları içərisində analitiklər köhnəlmiş cihazları əvəz edən 5G smartfonlarına tələbin davamlı böyüməsini, inkişaf etməkdə olan bazarlarda ümumi tələbin artmasını, “Huawei”in bazar payında rekord azalma olacağını və liderlər cədvəlini tərk edəcəyini xüsusi qeyd edirlər.

Proqnozlara görə, 2021-ci ilin TOP-6 markaları aşağıdakılar olacaq: “Samsung”, “Apple”, “Xiaomi”, “Oppo”, “Vivo” və i-Tel, “Tecno” və “Infinix” markaları adı altında smartfonlar istehsal edən Çin şirkəti “Transsion”. Eyni zamanda, 2021-ci ildə bu altı şirkət qlobal smartfon bazarının təxminən 80% -nə nəzarət edəcək.

“Huawei”in taleyi isə bəlli deyil: şirkət ABŞ ixrac sanksiyalarından, Google ilə işləmək qadağasından və son vaxtlar çiplərə giriş məhdudiyyətlərindən çox əziyyət çəkdi. “Huawei”in 2021-ci ildə qlobal smartfon tədarükçülərinin sıralamasında 3-cü yerdən 7-ci yerə enəcəyi gözlənilir.