Heraklion şəhəri - Misir
1200 il əvvəl bir anda yox olmuş antik Misir şəhəri Heraklion (Heracleion) və ya Tonis Nil çayının Kanopik deltası yaxınlığında, İsgəndəriyyə şəhərindən 32 km şimal-qərbdə yerləşir.
Bu şəhər haqqında 2000-ci ilə qədər heç bir məlumat yox idi. Eyni zamanda, onun bir əfsanə olduğunu deyənlər də var idi. Ancaq ikinci adı Thonis olan şəhər 2000-ci ildə, fransız arxeoloq Frank Qoddiyo tərəfindən Misirin qərbində, Əbukir körfəzi yaxınlığında, sahildən 2.5 km uzaqda, 10 m suyun altında tapılması onun əfsanə yox, reallıq olduğunu sübut etdi.
Qeyd etmək lazımdır ki, əfsanəyə görə e.ə 331-ci ildə bu şəhər Makedoniyalı İsgəndər tərəfindən yaradılıb. Misirdə qurulan Heraklion liman şəhəri yunan dünyasından gələn bütün gəmilər üçün məcburi bir keçid qapısı idi. Misirlilər şəhərə “Tonis”, yunanlar isə “Heraklion” deyirdilər. Kleopatranın tacqoyma mərasimi bu şəhərdə keçirilmişdir. Şəhərdə yerləşən Amon məbədi Misirdə dini əhəmiyyətə malik idi.
Təxmin edilir ki, böyük zəlzələ və sellər səbəbindən şəhər qum, palçıq altına qərq olub. Arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda gəmi qalıqları şəhərin əhəmiyyətli dəniz ticarətinə sahib olduğunu təsdiqləyir.
Yunan mifologiyasında Troyalı Elena və Parisin müharibədən əvvəl bu şəhərdə əsir qaldıqlarına və Zevs ilə Alkmenanın oğlu Heraklın özünə başqa ad qoyaraq bu şəhərdə gəzdiyinə aid əfsanə də var.
Dəniz altında 11-15 km-lik arxeoloji ərazini əhatə edən Heraklion-Thonis şəhərindən 13 illik qazıntılar zamanı bir çox tapıntılar çıxarılıb. Batan şəhərin qalıqları arasında 64 gəmi, qızıl, daş və bürüncdən hazırlanmış ağırlıqlar, 16 fut böyüklüyündə nəhəng heykəllər, yüzlərlə kiçik tanrı heykəlləri, antik Yunan və Misirə aid daş döşəmələri tapılmışdır.
Fanagoriya şəhəri - Rusiya
Suların altına gərg olan qədim səhərlərdən biri də Fanagoriyadır. Yunan müstəmləkəçiliyi dövründə inşa edilən bu şəhər antik dövrdən sonra uzun müddət ərzində mövcud olmuşdur. Deyilənlərə görə,yerli əhali şəhəri təxminən X əsrdə tərk etmişdi. Bunun səbəbi isə dəniz səviyyəsinin qalxması idi.Uzun illər ərzində su altında qalan şəhərin ərazisində hələ də qazıntılar aparılır. Həmin əraziyə muzey-qoruq statusu verilib.
Shicheng - Çin
Çinin şərqində yerləşən bu şəhər cəmi 50 il əvvəl,dəqiq olsaq 1959-cu ildə qəflətən yoxa çıxmışdır.Şəhərin batmasının səbəbi təbii fəlakətlər deyil, bir su elektrik stansiyanın inşası nəticəsində baş verən texnogen daşqınlar nəticəsində baş verib. Qiandaohu gölünün 40 metr dərinliyində tapılan şəhərdə təxminən 290 min insan yaşayırdı. Shicheng şəhəri sözün əsl mənasında heykəltəraşlıq və memarlıq şedevrləri, həmçinin Qing və Min sülaləri dövründən qalan digər əsərlərlə doludur. Batmış şəhərin ümümi vəziyyəti yüksək səviyyədə qaldığına görə Çin höküməti bir gün şəhərin canlana biləcəyiniistisna etmir.
Pavlopetri - Yunanıstan
Keçmişdə Pavlopetri Peloponnesenin cənubundakı zəngin bir ticarət şəhəri idi. İndi sahil yaxınlığında 3-4 metr dərinlikdə yerləşir. Pavlopetri şəhəri təxminən keçən əsrin 60-cı illərində tapılmışdır.Araşdırmalar nəticəsində məlum olmuşdur ki, şəhər Minoan sivilizasiyasına aiddir. Arxeoloqların dedikərinə görə, bu şəhər ən az 5 min il bundan əvvəl batmışdır. Onlar, həmçinin Pavlopetri şəhərinin ən qədim yaşayış yerlərindən biri olduğunuda təstiqləyiblər.
Dwarka şəhəri - Hindistan
Krişna Krallığının paytaxtı olan əfsanəvi Dwarka şəhəri Hindistanın ən qədim şəhəri hesab olunur. Arxeoloqların söylədikərinə görə, bu şəhər təxminən 5 min il bundan öncə batmışdır.Daşqın nəticəsində batan şəhərin sirri hələ ə açılmayıb.
Samirə Tağıyeva, “İki sahil”