Paul Erdos
XX əsrin ən məhsuldar riyaziyyatçısı Paul Erdos yuxuya getməmək üçün amfetaminlərdən istifadə edirdi. Beləliklə o, iyirmi saat işləyə bilirmiş. Bir dəfə dostu ilə 500 dollarlıq mərcə girən Erdos bir ay amfetaminsiz qalmağa razı olur və mərci udur. Lakin dostuna şikayət edərək söyləyir ki , "Məni amfetaminsiz qoyaraq, sən riyaziyyata bir zərbə vurmuş oldun ".
Kventin Tarantino
Məşhur rejissor Kventin Tarantino ssenarilərini əl ilə yazır və yalnız sonra kompyuterin arxasına əyləşərək, onları mətn redaktorunda yiğmağa başlayır. Tez yazmağı bacarmayan rejissor yalnız bir barmağından istifadə edir. Onun sözlərinə görə, beləliklə o, hazırladığı ssenarini birdə yoxlamış olur.
Jonh Quincy Adams
Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti olmuş Jonh Adamsın da qəribə bir vərdişi var idi. O, şaxtalı günlərdə belə Potomac çayında üzməyi çox sevirdi. Bir gün maraqlı bir hadisə baş verir. Müsahibə verməyi xoşlamayan Adamsın paltarını gizlədən jurnalist beləliklə, onu buna məcbur edir.
Stiv Jobs
“Apple” şirkətinin qurucusu Stiv Jobsun pəhriz və gigiyena ilə əlaqədar qeyri-adi vərdişləri var idi. Belə ki, Jobs ömrünü uzatmaq üçün sadəcə kök və alma yeyərdi. Onun düşüncələrinə görə, meyvə və tərəvəzlər ilə qidalanan insanların bədənin qoxusu da gözəl olur.O, həmçinin duş qəbul etməyi heç sevmirdi. Bu vəziyyət işçiləri və iş yoldaşları üçün dözülməz idi.Şübhəsiz ki , Jobs bacarıqlı və ağıllı adam idi, lakin onun vərdişləri olduqca qəribə idi. Deyilənlərə görə, elə düzgün olmayan qida rasionuna görə, o,xərçənq xəstəliyinə düçar oldu.
Fridrix Şiller
İngiltərədə hər kəsin əzbər bildiyi məşhur “Wilhelm Tell”şeirinin müəllifi Fridrix Şillər də qəribəlikləri il seçilən məşhurların sırasındadır.Şair yeni əsər yaratması üçün onun masası üstündə mütləq cürümüş alma olmalı idi. O, çürük almanın qoxusundan ilhamlanaraq yeni bir əsərə imza ata bilərdi.
Benjamin Franklin
Amerika Birləşmiş Ştatlarının qurucularından biri olan Benjamin Franklin açıq pəncərnin yannda çılpaq oturaraq hava vannaları qəbul edirdi. O, təmiz havanın bütün xəstəliklərdən qoruduğuna inanırdı.
Yoshiro Nakamatsu
92 yaşlı məşhur ixtiraçı Yoshiro Nakamatsu beyninin oksigen ehtiyacını ödəmək üçün hər gün bir müddət ərzində suyun altında qalır.
Buckminster Fuller
Tanınmış memar 63 il ərzində öz həyatı haqqında danışan dekorativ foto albom hazırlayıb. Tamamilə açıldıqda, bu albomun uzunluğu 425 metrdir.
Samirə Tağıyeva, “İki sahil”