07 yanvar 2021 22:00
1849

İlon Mask - dünyanın ən varlı adamı

Avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması Teslanın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.

“İki sahil” xəbər verir ki, “Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.

Bildirilir ki, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır.

Xatırladaq ki, Ceff Bezos 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.